Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2237/2022 29.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Shakirova Altynın etibarnamə üzrə nümayəndəsi X1 və müdafiəçisi X2 , Protokolu tərtib etmiş orqan Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırovun iştirakı ilə xx.xx.1986-ci il tarixdə Qırğız Respublikasında anadan olmuş, Qırğız Respublikasının vətəndaşı, müvəqqəti olaraq ünvan 1 ünvanında yaşayan Shakirova Altynın barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Binəqədi rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırovun icra sənədi üzrə borclu "xxxx" MMC-nin direktoru Shakirova Altynın İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Tərtib edilmiş inzibati protokoldan və ona əlavə edilmiş materiallardan və icra işindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1143-08-20ş/h saylı əmrinin ləğv edilməsi, iddiaçı X8 cavabdeh "xxxx" MMC –nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi, iddiaçı X5 məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh "xxxx" MMC tərəfindən ödənilməsi müəyyən edilmişdir.Borclu icra sənədini 10 (on) gün ərzində icra etməsinə dair bildiriş göndərilməsinə baxmayaraq, o, icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş orqan Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırov izahatında bildirdi ki, borclu Shakirova Altyn - Binəqədi rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar Emin Babayevə məcburi iş buraxma müddəti üçün əmək haqqını tam ödəməkdən imtina etmişdir. Buna görə də, "xxxx" MMC-nin direktoru Shakirova Altynın İXM-nin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) "xxxx" MMC-nin direktoru Shakirova Altynın nümayəndəsi X4 bildirmişdir ki, "xxxx" MMC ilə X8 arasında bağlanan əmək müqaviləsi müddətli əmək müqaviləsidir və bu müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Eyni zamanda, "xxxx" MMC Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı qətnaməsinə əsasən X6 işə bərpa etmiş və məcburi işburaxma müddəti üçün, yəni xx.xx.2020xx.xx.2020-ci ilə görə ona müvafiq əmək haqqı məbləğini ödəmişdir.Əmək münasibətlərinin davam etdirilməsi və X5 Binəqədi rayon İcra Şöbəsinin Binəqədi rayon Məhkəməsinə ünvanladığı ərizədə göstərilən 7836,54 manat məbləğində pul vəsaitinin ödənilməsi üçün E.Babayevlə M.Bulak BOKT MMC arasında yeni əmək müqaviləsi bağlanmalı idi.Həmin icra sənədində M.Bulak BOKT MMC-nin üzərinə X8 ilə yeni əmək müqaviləsi bağlanılması öhdəliyi qoyulmamışdır.AR Konstitusiyasının 35-ci maddəsinə əsasən heç kəs zorla işlədilə bilməz, əmək müqaviləsi sərbəst bağlanılır, heç kəs əmək müqaviləsi bağlanmağa məcbur edilə bilməz. O, bütün göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) "xxxx" MMC-nin direktoru Shakirova Altynın vəkili X7 bildirmişdir ki, icra sənədi borclu tərəfindən tam olaraq icra edildiyindən icra məmuru Şakir Bahadırov tərəfindən tərtib edilmiş protokol əsassızdır. Eyni zamanla bildirmişdir ki, artıq bir dəfə borclu "xxxx" MMC-nin direktoru Shakirova Altyn xx.xx.2021-ci il tarixdə AR İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə olunmuşdur.Belə olan halda, o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən icra məmurunu, borclunun nümayəndəsini və vəkilinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 781/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1143-08-20ş/h saylı əmri ləğv edilməsi, iddiaçı X8 cavabdeh "xxxx" MMC –nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi, iddiaçı X5 məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh "xxxx" MMC tərəfindən ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Binəqədi rayon Məhkəməsinin 3(001)-2652/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, "xxxx" MMC-nin direktoru Shakirova Altyn Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtiğ edilmiş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2168/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Bakı Binəqədi rayon Məhkəməsinin 3(001)-2652/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Shakirova Altyn tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı Binəqədi rayon Məhkəməsinin 3(001)- 2652/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış 2411 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)- 781/2021 saylı, xx.xx.2021 ci il tarixli icra vərəqəsi tərəflərindən xx.xx.2021-ci il tarixdə tam icra olunmuşdur. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış 2811 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)- 781/2021 saylı, xx.xx.2021 ci il tarixli icra vərəqəsi tərəflərindən tam icra olunduğundan icra işinə xitam verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Belə ki, iş materiallarından aydın olur ki, "xxxx" MMC-nin direktoru Shakirova Altyn barəsində artıq bir dəfə eyni iş üzrə AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və həmin protokola baxılaraq barəsində icraat aparılan şəxs Shakirova Altyn AR İXM 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1200 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.Bundan başqa,iş materiallarından aydın olur ki, "xxxx" MMC-nin direktoru Shakirova Altyn tərəfindən Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-781/2021 saylı, xx.xx.2021 ci il tarixli icra vərəqəsi tam icra edilmişdir.Bununla da, məhkəmə hesab edir ki, Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2237/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2237/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver