Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2239/2020 20.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Abşeron RPŞ Yol Patrul Xidməti tərəfindən tərtib edilən İXP ******* saylı protokol üzrə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN Abşeron RPŞ Yol Patrul Xidməti tərəfindən tərtib edilən İXP ******* saylı protokol üzrə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-cı il tarixdə Fatmayi ərazisində ona məxsus “Nissan X Trail” avtomobili ilə hərəkət edərkən saat 12:35 radələrində **-YP-*** nömrəli DYP əməkdaşı onu saxlamış və Abşeron RPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı Əliyev Emil Güİasəf oğlu tərəfindən barəsində İXP ******* (İXP 3429340) saylı protokol tərtib olunmuşdur. Protokolda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. 99-YP-1 76 nömrəli DYP əməkdaşı yaşayış yerini tərk etməknən bağlı icazə olub olmamasını soruşmuş, o, və maşında olan sərnişin, həyat yoldaşı X4, YP əməkdaşının istəyi ilə vəsiqələrini ona təqdim etmişlər. Evdən çıxmamışdan öncə saat 1 11:53-də 8103 qısa nömrəsinə hər biri SMS göndrəmişlər, saat 12:08-də müsbət cavab aldıqdan sonra yaşayış yerini tərk etmişlər. Buna baxmayaraq YP əməkdaşı söyləmiş ki, onlar yalnız yaşadıqları yerin ətrafında hərəkət edə bilərlər. Tərəfindən YP əməkdaşına rəsmi resurslardan aldığı məlumat təqdim olunmuşdu: ’’Bakı, Sumqayıt şəhəri və Abşeron rayonun ərazisində 05 avqust saat 06:00-dək şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələri üçün SMS icazə ilə mümkün olacaq. Aşağıdakı hallarda SMS icazə ilə evdən çıxmaq olar: 1.5.2. ərzaq və gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar”. Lakin DYP əməkdaşı dediklərinə qulaq asmadan hər birinə elektron cərimə protokolu aktivləşmiş və kağız daşıyıcısında protokol təqdim etməmişdir. O. bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokolu tərtib etmişdir. Protokola etirazını bildirmiş olduğu üçün və karantin rejimini nəzərə alaraq şikayəti həmin gün xx xxxx 2020-cı il Asanpay.az, AR Daxili İşlər Nazirliyinə E-müraciət və AR Baş Dövlət X7 E-müraciət vasitəsi ilə müraciətləri göndərmişdir. Lakin qərar onun iştirakı olmadan çıxarılmışdır və öz versiyaları sübuta yetirmədən barəsində İXM AR Qanununun 211.1-ci maddəsinin tələblərini pozmaqla 200 manat məbləğində cərimə edilməyilə bağlı qərar çıxarılmışdır. İXM AR Qanununun 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsidir. Onun etirazı haqqımda yazılan protokolun və çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, o, 8103 qısa nömrəsindən icazə mesajı aldıqdan sonra 3 saat ərzində yaşayış yerini (Binəqədi rayonu) tərk edə bilər. Avtomobildə 2 nəfər olmuşlar və maskadan istifadə etmişlər. 12:08-də müsbət cavab SMS-i alaraq yaşayış yerini (Binəqədi rayonu) tərk etmişlər, **-YP-*** nömrəli DYP əməkdaşı isə e-protokolu 12:39-da təqdim etmişdir. Göstərilənlərə əsasən barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası DİN Abşeron RPŞ-yə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron RPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X5 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayəti təmin edilərək inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 aprel tarixli 147 nömrəli qərarının 1.5-ci maddəsinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. Həmin qərarın 1.5-ci maddəsininin 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 120 nömrəli Qərarının 4-cü hissəsinə əsasən fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli sms çıxarışdan məlum olur ki, X2 xx.xx.2020-ci il tarixində yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103-e saat 11:53-də 2 yazaraq sms yollamış, saat 12:08-də 3 saat müddətinə yaşayış yerini tərk etmək haqqında sms təsdiqi almışdır. İnzibati xəta haqqında protokol isə xx.xx.2020-ci il tarixdə saat 12:37-də tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, X1 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamsı halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçısını dinləyib belə qənaətə gəlir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilərək Azərbaycan Respublikası DİN Abşeron RPŞ Yol Patrul Xidməti tərəfindən tərtib edilən TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilsin. X1 inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN Abşeron RPŞ Yol Patrul Xidməti tərəfindən tərtib edilən TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2239/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2239/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver