Məhkəmə qərarları › İş №3(001)-2242/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2242/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2242/2020 14.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 xx.xx.2019-cu il tarixli EQ ******* saylı qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 xx.xx.2019-cu il tarixli EQ ******* saylı qərarından şikayət verərək sözügedən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. B.K.İsmayılov həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət edərək şikayət etmək müddətinin ötürülməsini üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə X15 yolunun 16.8 km saat 10:16:37 radələrində “Mercedes E230” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbləri pozularaq cərimə qeydə alınaraq EQ2702490 nömrəli protokol tərtib olunmuşdur. Həmin protokol onun xəbəri olmadan onun adına tərtib edilmişdir. Lakin həmin avtomobilə dair onun heç-bir hüququ yoxdur. Həmin avtomobil heç vaxt onun istifadəsində olmayıb. Qeyd olunan cərimə protokolu barədə bildirişi “Asan Pay” (asanpay.az) saytından qeydiyyatdan keçdikdən sonra məlumat əldə etmişdir. X12 Nazirliyinin 'Elektron müraciət” bölməsindən Baş Dövlət X13 müraciət etmişdir. Lakin müraciətində ona aid olmayan iki inzibati protokol qeyd etməyinə baxmayaraq onlardan yalnız biri barədə (EQ3392651) 016- 31436İ nömrəli xx.xx.2020-ci il tarixli qərar qəbul edilərək həmin inzibati xəta törədilməsinə görə ona məlum olmayan vətəndaş X5 adına rəsimləşdirilərək adından ləğv edilmişdir. Sözügedən EQ2702490 nömrəli protokolun yenidən baxaraq qərar qəbul edilməsi üçün təkrar “Elektron müraciət” bölməsindən müraciət etməyinə baxmayaraq xx.xx.2020-ci il tarixdə qərardan şikayət vermə müddətinin ötürülməsi səbəbi ilə imtina edilmişdir. Lakin həmin qərar ona rəsmi olaraq faktiki yaşadığı ünvana göndərilməmişdir, hər-hansı bir yolla bununla bağlı ona məlumat verilməmişdir. Məlumat əldə etdiyi andan Baş Dövlət X13 elektron şikayət məktubu ünvanlamışdır. Göstərilənlərə əsasən barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayətin baxılmasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 şikayətin dəlillərinə uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan AsanPay kabinetindən çıxarışdan görünür ki, X4 xx.xx.2019cu il tarixində X16 yolunun 16.8 km saat 10:16:37 radələrində “Mercedes Benz E230” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, barəsində 40 manat məbləğində cərimə edilməsi qərara alınmış, cəriməni vaxtında ödəmədiyinə görə 24 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət X9 rəis müavini X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli №016-31436İ saylı qərardan görünür ki, vət. B.İsmayılov barəsində çıxarılmış xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət X9 xx.xx.2020-ci il tarixli 016-31250İ-4220 saylı məktubundan görünür ki, xx.xx.2020-cu il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qərardan şikayət vermə müddəti ötürüldüyündən baxılmamışdır. İş materiallarında olan BDYPİ-nin Mərkəzi İnformasiya sistemindən çıxarışdan görünür ki, “Mercedes Benz E230” minik markalı, **-BB-*** dövət qeydiyyat nişanlı avtomobil xx.xx.2011-ci il tarixindən xx.xx.1931-ci il təvəllüdlü X3 mülkiyyətindədir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X2 şikayəti təmin edilərək inzibati xəta haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 128.2.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materialda olan sübutlarla X2 avtomobil idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı kifayət qədər mübahisə yaratması üçün əsas verir. Belə ki, məhkəmə iclasında “Mercedes Benz E230” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin X1 olmadığı və ona adiyyəti olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6-ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan şikayət vermə müddəti üzrlü səbəbdən buraxıldığından şikayət məhkəmənin icraatına qəbul edilərək baxılmalıdır. Hesab edirəm ki, X4 tərəfindən həqiqətən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı müəyyən edilmədiyindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X17 tərəfindən qəbul edilmiş EQ ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X17 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar