Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2245/2021 09.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Asəm Əhmədovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs(borclu) Şəxs, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, zərər çəkmiş şəxs (tələbkar) X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli, 2(001)-5410/2018 nömrəli icra vərəqəsindən görünür ki, 13.12.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 16.05.2018-ci il tarixdən başlayaraq X1 xeyrinə 160 manat aliment tutulması qət edilmişdir. 19.02.2021-ci il tarixli icra qeydinə əsasən 21.12.2019-cu il tarixdə Bakı ş., 38 saylı notariat ofosondə 3M/1879 reyestrində rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə X2 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 3150 manat tutulması müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X7 izahat verərək bildirmişdir ki, Məmmədov X8 Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli, 2(001)-5410/2018 nömrəli icra vərəqəsi üzrə aliment borcu hazırkı günə kimi 4000 manat, icra qeydi üzrə isə 3170 manat borc yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs müxtəlif bəhanələrlə icra sənədinin icrasından yayınmış, həmçinin sonuncu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli, 2(001)-5410/2018 nömrəli icra vərəqəsinə əsasən 13.12.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan 16.05.2018-ci il tarixdən başlayaraq X1 xeyrinə 160 manat aliment tutulması qət edilmişdir. Eyni zamanda Bakı şəhəri 38 saylı Notariat ofisinin 19.02.2021-ci il tarixli icra qeydinə əsasən ondan cəmi 3170 manat pul tutularaq X4 ödənilməlidir. O, aliment borcuna görə tələbkar X5 bu günədək 1760 manat ödəniş etmiş, tələbkar O.İ.İbrahimova isə heç bir ödəniş etməmişdir. Bir müddət işsiz olduğu üçün borclarını ödəyə bilməmiş, lakin hazırda işə düzəldiyi üçün hər həftə 50 manat aliment borcundan, 40-50 manat arası isə tələbkar X4 ödəniş edə bilər. Ona görə də, həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs ödənişləri etmək imkanının olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli, 2(001)-5410/2018 nömrəli icra vərəqəsinə əsasən 13.12.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan 16.05.2018-ci il tarixdən başlayaraq onun xeyrinə 160 manat aliment tutulması qət edilmişdir. Borclu iki il ərzində ümumilikdə 80 manat ödəniş etmişdir. Ona görə də, borclunun inzibati qaydada həbs olumasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: 09.06.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs 4000 manat aliment borcu S.O.Məmmədovaya, 3170 manat borcu isə O.İ.İbrahimova ödəməmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Murad Hüseynovun 28.06.2018-c il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. 28.06.2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 (on) gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru M.Müsəllimov 04.03.2021-c il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində icra qeydi üzrə icraata başlanmışdır. 04.03.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 (on) gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. 14.09.2018-ci il tarixli məktubdan görünür ki, Şəxs xəbərdarlıq edilərək şöbəyə çağırılmasına baxmayaraq gəlməmiş və icra sənədinin icrasından yayınmışdır. 08.04.2019-cu il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin 17.07.2019, 25.09.2019, və 19.04.2021ci il tarixli qərarlardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru A.Əhmədov tərəfindən 09.06.2021-ci il tarixdə bir neçə icra sənədi bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs adına borcunun əmlakına yönəldilə biləcək qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Şəxs tərəfindən S.O.Məmmədovaya sonuncu ödənişlər 17.06.2019-cu il tarixdə baş vermişdir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və vəkilin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədinin icrası ilə bağlı Şəxs sonuncu ödənişi 17.06.2019-cu il tarixdə etmiş, icra qeydi üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında Şəxs borcu imkanı olmadığından ödəyə bilmədiyini qeyd etsə də, məhkəmə bu halı üzrlü səbəb hesab etmir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclasında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 6 (altı) saat vaxt sərf etmişdir. Lakin iş materiallarından görünür ki, müdafiəçi inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar 2 (iki) saatdan artıq iştirak etməmişdir. Müdafiəçi hesablama arayışında göstərdiyi müddəti sübut edən heç bir sənəd təqdim etməmişdir. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, Vəkil müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 2 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsinə vəsaiti hesabına işin materialları ilə tanış olduğu və məhkəmə iclasında iştirak etdiyi 2 saata görə 12 manat (2 saat x 6 manat) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2245/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2245/2021
09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver