Məhkəmə qərarları › İş №3(001)-2246/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2246/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2246/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 və onun vəkili X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından şikayət verərək sözügedən qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixində 11 radələrində B.Bünyadov küçəsindən KoroğluMetrostansiyası istiqamətində hərəkətini davam etdirərək yolun sol zolağı ilə, sola dönmə işığını yandıraraq hərəkətini davam etdirərək qarşıdan gələn avtomobilləri buraxaraq sola dönmək istəyərkən qəflətən arxadan onunla eyni istiqamətdə hərəkətdə olan “Volsvaqen Pointer” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə arxadan avtomobilinin tam arxa hissəsindən vuraraq yol-qəza hadisəsi törətmişdir. Buna baxmayaraq hadisə yerinə gələn Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru polis kapitanı X4 onun günahının olmamasına baxmayaraq heç bir əsas olmadan onun barəsində əsassız və qanunsuz protokol tərtib etmişdir. Barəsində tərtib olunmuş protokol ona verilsədə, həmin protokol əsasında qəbul edilmiş qərar ona verilmədiyindən o, xx.xx.2020-ci il tarixdə rəsmi qaydada Bakı şəhəri DYPİ-nə müraciət etdikdən sonra barəsində çıxarılmış TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərar ona xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Buna qədər o, dəfələrlə Bakı şəhəri DYPİ-də olaraq barəsində tərtib olunmuş qərarı və hadisə yerinin video görüntüsünü tələb etsədə DYPİ-nin əməkdaşları qərarı və hadisə yerinin video görüntüsünü ona təqdim etməmişlər. xx.xx.2020-ci il tarixdə qərar ona təqdim edilsədə hadisə yerinin video görüntüsü bu günədək ona təqdim edilməmişdir. Qərardan görünür ki, onu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilərək 40 manat məbləğində cərimə etmişlər. Barəsində tərtib olunmuş qərarda heç bir əsas olmadan göstərilmişdir ki, guya o, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına, (hallarına) yol verdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Onun barəsində protokol tərtib edilərkən o həmin protokolun tərtib edilməsinə etiraz etmiş və protokolun qeyd hissəsinə protokoldan şikayət edəcəyini göstərmişdir. Qərar Bakı şəhəri DYPİ-dən ona göndərilməmiş, yalnız, rəsmi qaydada müraciətindən sonra xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Hesab edir ki, barəsində tərib olunmuş protokol və qərar əsassız və qanunsuz olmaqla səhv tərtib edildiyindən həmin qərara, xitam verilməlidir. Göründüyü kimi, Bakı şəhəri DYPİ-nin əməkdaşları İXM-nin maddələrini kobud surətdə pozmuşdur. Belə ki, baş vermiş yol-qəza hadisəsi onun günahından deyil, digər "Volsvaqen Pointer” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilin sücüsünün günahından törədilmişdir. Hətta hadisə baş verən yerdə h/h-nin görünütü kamerası var, həmin hadisədə kamera vasitəsi ilə qeydə alınmışdır. O, qərarla bərabər hadisənin baş verdiyi yerin video müşahidə altında olduğundan, həmin hadisə yerinin video görüntüsünü də tələb etsədə Bakı şəhəri DYPİ-nin əməkdaşları tərəfində həmin görünütünü (baxmağa icazə versələrdə) ona verməkdən qəti olaraq imtina etdilər ki, olmaz (AR .XM-nin 61.1.8-ci maddəsinin tələbini pozdular) verə bilmərik. Həqiqətə nail olmaq üçün Məhkəmə işin bütün zəruri hallarını tam, hərtərəfli və obyektiv araşdırmaq məqsədi ilə hadisə baş verən ərazinin video çəkilişini əks etdirən diski tələb edə, iş üzrə ekspertiza təyin etməklə, həqiqəti üzə çıxara bilər. Həqiqətə nail olmaq məqsədi ilə hadisə yerində olan video çəkilişə baxarkən həmin video çəkilişdən də aydın göründü ki, yol-qəza hadisəsi baş verən yerdə də, o sola dönmək istədiyindən, sola dönmə işarəsini yandıraraq, yolun tam sol zolağı ilə hərəkət edərək, qarşıdan gələn avtomobillərə yol yerərək sola dönmək istəyərkən arxadan yüksək sürətlə gələn digər avtomobil arxadan onun idarə etdiyi avtomobili vurmuşdur. Baş vermiş yol qəza hadisəsində o günahkar deyil, onun əməlində inzibati xəta tərkibi yoxdur. Əksinə digər avtomobilin sürücüsü arxadan yüksək sürətlə gələrək, əyləcdən istifadə etmədən (sanki yatmış kimi), ara məsafəsini düzgün saxlamadan, onun idarə etdiyi avtomobilini tam arxa hissəsindən vuraraq yol-qəza hadisəsi törətmiş, ara məsafəsi saxlamamış, ona görədə hadisənin günahkarıda odur. Onun əməlində inzibati xətanın tərkibi olduğu halda, YPX inspektoru səhv nəticəyə gələrək səhvən onun məsuliyyətə cəlb olunmağı barədə əsassız və qanunsuz qərar çıxarmışdır. Göstərilənlərə əsasən barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 və onun vəkili X6 şikayətin dəlillərinə uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişlər. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə hesab edir ki, X5 barəsində çıxarılan inzibati xəta haqqında Qərar ləğv olunmalı və həmin iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilməlidir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 rəisi Rəşid Piriyev tərəfindən Hüseyn Məmmədova unvanlanmış məktubdan görünür ki, o, xx.xx.2020-ci il tarixdə idarə etdiyi «Mercedes» markalı AZ **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri B.Bünyadzadə küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin tələbinə zidd olaraq əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə «Volkswagen» markalı AZ **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətdiyi, törətdiyi yol hərəkəti qayda pozuntusu həmin ərazidə quraşdırılmış kamera vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilən zaman təsdiqini tapmış və həmin görüntü ona göstərildiyi, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o təqsirkar bilindiyindən YPX əməkdaşı tərəfindən barəsində İXM-nin 327.1-ci maddəsi üzrə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyi bildirilmişdir. Araşdırma zamanı yol verdiyiniz inzibati xətanın aşkar olunması və sənədləşməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə vol verilməsi halları müəyyən edilməmişdir. İş materiallarında olan TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2020-ci il tarixində saat 11:00-da “Mercedes Benz E220” minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYP Binəqədi rayln məhkəməsi tərfəindən ünvanlanmış sorğunun məzmunundan məlum olur ki, hadisənin baş verdiyi B.Bünyadov küçəsi ilə Koroğlu metrosu istiqamətində yolu iki hissəyə bölən zolağın hansı vaxtda çəkildiyi sorğu edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 128.2.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materialda olan sübutlarla X1 avtomobil idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı kifayət qədər mübahisə yaratması üçün əsas verir. Belə ki, X5 inzibati xətanı törədərkən hərəkətdə olduğu yol, yol zolağı ilə iki hissəyə ayrılıb ayrılmamasını müəyyən etmək olmur. Hadisə vaxtı çəkilmiş fotoşəkillərdən müəyyən edilir ki, yolu iki hissəyə bölən zolaq mövcud deyil. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. İş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, X2 məxsus «Mercedes» markalı AZ **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa tərəfdən vurulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Hesab edirəm ki, X5 tərəfindən həqiqətən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktını təsdiq edən fotoşəkillərdən yolun hərəkət hissəsini iki hissəyə bölən yol zolağının mövcud olmaması, yol-qəza hadisəsində «Mercedes» markalı AZ **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa tərəfdən vurulduğundan, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X12 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, həmin iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilməli, şikayət digər hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Şikayət digər hissədə təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar