Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2249/2022 10.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Opel Astra» minik markalı ** PG *** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törədilməsinə görə xx.xx.2021-ci il tarixdə çıxarılmış inzibati tənbeh tətbiq etmə haqqında qərarla ona təyin edilmiş cəriməni müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclas zalında çıxış edərək bildirmişdir ki, «Opel Astra» minik markalı ** PG *** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsus deyildir. O, həmin avtomobili "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi etibarnamə əsasında idarə etmişdir. Sözügedən avtomobilə dair onunla yanaşı digər iki şəxsə də, yəni X2 və X3 «Opel Astra» minik markalı ** PG *** dövlət qeydiyyat nömrəli avtomobili idarə etmək hüququ verən etibarnamə edilmişdir. Etibarnamə ona xx.xx.2021-ci il tarixdə verilmiş, xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Eyni zamanda sözügedən avtomobilə dair X2 verilmiş etibarnamə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, X3 isə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. İnzibati xəta törədildiyi zaman avtomobil onun istifadəsində olmamışdır. Hətta, bununla bağlı yazılı ərizə ilə DİN BDYPİ-nə müraciət etmiş, «Opel Astra» minik markalı ** PG *** dövlət qeydiyyat nömrəli avtomobili cəmi bir gün idarə etməsini, inzibati xətanın onun tərəfindən törədilmədiyini, həmin avtomobilə dair inzibati xəta haqqında protokolların əsassız olaraq onun adına tərtib edilməsini , göstərilən məsələnin araşdırılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən, məhkəmə iclasında barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin məhkəməyə gəlməmiş, məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatətlə müraciət edilməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından və xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan görünür ki, Şəxs idarə etdiyi «Opel Astra» minik markalı ** PG *** dövlət qeydiyyat nömrəli avtomobili ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə səlahiyyətli orqan tərəfindən 10 (on) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından görünür ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarla təyin olunmuş 10 (on) manat cərimə məbləğinin üzərində 6 (altı) manat dəbbə pulu hesablanaraq ümumilikdə cərimə borcu 16 (on altı) manat təşkil edir. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə ona təyin olunmuş inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İXM-in 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi etibarnamənin surətindən görünür ki, «Opel Astra» minik markalı ** PG *** dövlət qeydiyyat nömrəli avtomobili idarə etmək hüququ Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi və X3 isə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibar edilmişdir. Göründüyü kimi, Şəxs inzibati xətanın törədildiyi «Opel Astra» minik markalı ** PG *** dövlət qeydiyyat nömrəli avtomobili "xxxx" MMC tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir. "xxxx" MMC tərəfindən onunla yanaşı digər iki şəxsə də, yəni X2 və X1 avtomobili idarə etmək hüququ etibar edilmişdir. İnzibati xətanın törədiliyi tarixdə, yəni xx.xx.2021-ci ildə həmin avtomobilə dair barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxsla yanaşı digər iki şəxsin də etibarnaməsi qüvvədə olmuşdur. Bu səbəbdən də, hazırki iş üzrə inzibati tənbehvermə haqqında EQ8962508 nömrəli, 18 dekabr 2021-ci il tarixli qərarın tərtib edilməsinə əsas olan AR İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində Şəxs təqsirli olub-olmaması sübuta yetirilmir. İXM-in 8.3-cü maddəsinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 75.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 145.1.4.-cü maddəsinə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş AR İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində Şəxs təqsiri sübuta yetirilmədiyindən o inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 45-48, 114, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2249/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2249/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver