Məhkəmə qərarları › İş №3(001)-226/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-226/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-226/2022 13.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon böyük icra məmuru X4, Zərərçəkmiş şəxs (tələbkar) X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan (usta), ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 13.01.2022-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli, 2(001)- 370/2018 saylı icra vərəqəsinə əsasən iddia təmin edilmiş, 17.11.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 20.06.2017-ci il tarixdən başlayaraq Şəxs X5 xeyrinə hər ay 154 manat sabit pul məbləğində tutulması müəyyən olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirdi ki, 12 ildir ki, usta kimi işləyir və aylıq gəliri 1500-2000 manat olur. Aliment borcundan xəbərdardır və bugünədək 200 manat məbləğində ödəniş etmişdir. Aysel Alcanova ilə prinsip aparır və ona görə alimenti ödəmir. Həmçinin spirtli içkilərdən çox istifadə etdiyini axtarışda olması barədə kafedə dava saldığı zaman polis əməkdaşları tərəfindən saxlanılarkən məlumatı olduğunu bildirmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs ailəsi ilə barışmaq istəyir və yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar borclunun maddi imkanı olduğu halda aliment borcunu ödəmədiyini həmçinin onu narahat etdiyini, ölümlə hədələdiyini nəzərə alaraq borclu Şəxs ciddi şəkildə cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru borclunun aliment borcunu ödəmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlərini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, anası və qardaşı da ondan bezmişdir.Spirtli işki aludəçisidir və sərxoş olaraq evdə dava salır. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, borclunun icra sənədinin icra edilməməsində təqsiri sübuta yetirilmişdir. Həmçinin borc ödənişindən qərəzli olaraq yayınması (keçmiş həyat yoldaşı ilə aralarında olan ədavətə görə ) məhkəmə iclasında özünün etirafı ilə də təsdiq edilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət icra olunmadığını və nəticədə bunun aliment almalı olan uşağı uzun müddət maddi sıxıntıya məruz qoyduğunu, nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu, son dövrlər aliment borclarının ödənilməsindən borclunun müxtəlif bəhanələrlə əsassız yerə imtina etdiyini, nəticədə alimentə dair icra sənədlərinin icrası ilə bağlı çoxsaylı problemlərin yarandığını nəzərə alaraq, bu sahədə dönüş yaradılması məqsədilə məhkəmə bu kateqoriyadan olan işlər üzrə cəza siyasətinin sərtləşdirilməsini məqsədəuyğun hesab edir. Buna görə də, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən borclu Şəxs inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, Vəkil müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli, onun inzibati qaydada tutulduğu - 13 yanvar 2022-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. X3 göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar