Məhkəmə qərarları › İş №3(001)-2263/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2263/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2263/2024 22.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs QSCin nümayəndəsi və vəkili (Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili) X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 483-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" QSC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixli **********2764 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3374,78 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 5737,12 manat və xx.xx.2023-cü il tarixli **********6334 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1786,49 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci grafasına əsasən 3037,04 manat, dəyərində olan mallar konsiqnasiya yolu ilə ixrac edilmiş, lakin əldə edilən xarici valyuta vəsaitlərinin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Məhkəmə iclasında Şəxs QSC-in nümayəndəsi X3 bildirmişdir ki, "xxxx" QSC barəsində tərtib edilən protokol tamamilə əsassız olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs QSC ilə "xxxx" MMC arasında bağlanan müqaviləyə əsasən Şəxs QSC tərəfindən "xxxx" MMC-yə müxtəlif spirtli içkilər satılmış, lakin həmin malların dəyəri 180 gün ərzində Şəxs MMC-nin müvafiq bank hesabına köçürülməmişdir. Həmçinin həm Şəxs QSC, həm də "xxxx" MMC Azərbaycan Respublikasında qeydiyyatdan keçməklə fəaliyyət hüquqi şəxsdir və həmin hüquqi şəxslər arasında maliyyə əməliyyatları Azərbaycan manatı ilə həyata keçirilir. Səlahiyyətli orqan "xxxx" QSC-nin göstərdiyi fəaliyyətin xarici iqtisadi fəaliyyət olmasını təsdiq edən hər hansı sübutu iş materiallarına əlavə edə bilməmişdir. Belə ki, İXM 483-cü maddənin dispozisiyası xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs olmanı şərtləndirir. “Kristal Plus QSC rüsumdan azad ticarət fəaliyyətini həyata keçirən hüquqi şəxsdir və ölkə xaricində olmamaqla, neytral ərazidə öz fəaliyyətini həyata keçirir. Belə şəxslərin ticarət fəaliyyətinin yeri, yaxud iqtisadi fəaliyyət olmasına dair hər hansı hüquqi tənzimləmə və ya praktika mövcud deyildir. Belə olduğu təqdirdə, Şəxs QSC-nin təqsirli olmasını birbaşa göstərən hər hansı normativ göstəriş mövcud deyildir. Odur ki, neytral ərazidə faəliyyət göstərən hüquqi şəxsin xarici iqtisadi fəaliyyətlə məşğul olması birbaşa öz təsdiqini tapmadığından onun İXM-in 483-cü maddəsi ilə təqsirli bilinməsi qeyd edilən maddənin dispozisiya şərtləri ilə uzalşmır.Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Əlavə olaraq "xxxx" QSC barəsində qeyd edilən faktla bağlı məhkəmə prosesləri mövcud olmuş, həmin proseslər QSC-nin xeyrinə yekunlaşaraq inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, inzibati araşdırmaya onları dəvət etməmişdilər. Çünki, nümayəndələri iştirak etməmişdir. Əgər dəvət olunsaydılar cəmiyyətin nümayəndəsi iştirak edərək hazırda məhkəməyə bildirdiklərini gömrük orqanına da bildirərdilər. "xxxx" MMC Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. Onlar tərəfindən də həmin cəmiyyətə mallar satılanda Azərbaycan şirkəti kimi vergilərə cəlb olunur. Amma gömrük idarəsi onları xarici şirkət hesab edir. Eyni zamanda qeyd edir ki, gömrük orqanı onları araşdırmaya dəvət etməkdə maraqlı deyil. Çünki əvvəllər də cəmiyyət barəsində analoji protokollar tərtib edilərək məhkəməyə göndərilmiş, birinci instansiya məhkəməsi tərəfindən cəmiyyət barəsində aparılan inzibati icraata xitam verilmiş, həmin qərar da Bakı Apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanaılaraq cəmiyyətin xeyrinə həll olunmuşdur. Lakin gömrük orqanı buna baxmayaraq əsassız protokoll tərtib etməkdə israr edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən "xxxx" QSC-nin əməlində İXM-nin 483-cü maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli **********2764 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, həmin bəyannamə üzrə 3374,78 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 5737,12 manat dəyərində olan mallar "xxxx" MMC tərəfindən ixrac edilmişdir. xx.xx.2023-cü il tarixli **********6334 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, həmin bəyannamə üzrə 1786,49 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci grafasına əsasən 3037,04 manat dəyərində olan mallar "xxxx" MMC tərəfindən ixrac edilmişdir. xx.xx.2024-cü il tarixli “X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" QSC (VÖEN: **********) tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli **********2764 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3374,78 ABŞ dolları və xx.xx.2023-cü il tarixli **********6334 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1786,49 ABŞ dolları dəyərində mallar konsiqnasiya yolu ilə ixrac edildikdən sonra həmin malların müqabilində qaytarılmalı olan qeyd edilən vəsaitlərin ödənişi köçürmə yolu ilə hüquqi şəxsin müvəkkil edilmiş bankdakı hesabına köçürülməsi təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" QSC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixli **********2764 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 3374,78 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 5737,12 manat və xx.xx.2023-cü il tarixli **********6334 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1786,49 ABŞ dolları, yəni həmin bəyannamənin 45-ci qrafasına əsasən 3037,04 manat, dəyərində olan mallar konsiqnasiya yolu ilə ixrac edilmiş, lakin əldə edilən xarici valyuta vəsaitlərinin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Nəticədə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, 33-02/24 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC və Şəxs QSC arasında X4 Aeroportunda yerləşən dükanlara spirtli içkinin alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin qərarda qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsi xahiş olunan və müxtəlif yanaşmalara səbəb olan “əldə edilmiş” müddəası ilə bağlı göstərilməlidir ki, “Valyuta tənzimi haqqında” Qanunun və Qaydaların müvafiq normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulan “əldə edilmiş xarici valyuta vəsaitləri" müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq müvəkkil olunmuş bankların hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Göründüyü kimi İXM-in 483-cü maddəsində nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs ola bilər. Həmçinin həmin maddədə nəzərdə tutulmuş inzibati xəta xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitləri köçürülmədiyi halda yaranır. Belə ki, qeyd edilən maddə üzrə inzibati xəta tərkibinin yaranmasının əsası kimi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xarici valyuta vəsaitinin əldə edilməsi və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan həmin vəsaitin xaricdən qaytarılmaması çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmədə tədqiq edilmiş iş materiallarından və alınmış izahadan müəyyən edilmişdir ki, Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanan müqaviləyə əsasən Şəxs MMC tərəfindən "xxxx" MMC-yə müxtəlif spirtli içkilər satılmış, lakin həmin malların dəyəri 180 gün ərzində Şəxs MMC-nin müvafiq bank hesabına köçürülməmişdir. Həmçinin müəyyən edilmişdir ki, həm Şəxs MMC, həm də "xxxx" MMC Azərbaycan Respublikasında qeydiyyatdan keçməklə fəaliyyət göstərən hüquqi şəxsdir və həmin hüquqi şəxslər arasında maliyyə əməliyyatları Azərbaycan manatı ilə (müqavilənin 3.4-cü bəndi) həyata keçirilir. Belə olan halda Şəxs MMC ilə "xxxx" MMC arasında xarici iqtisadi fəaliyyətin həyata keçirilmədiyi və aparılmış maliyyə əməliyyatlarının xarici valyuta ilə deyil, milli valyuta ilə aparılması müəyyən edildiyindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 483-cü maddəsinin tərkib əlamətlərinin olmasına dair müddəalar öz təsdiqini tapmır. Məhkəmə həmçinin qeyd edir ki, səlahiyyətli orqan Şəxs MMC-nin göstərdiyi fəaliyyətin xarici iqtisadi fəaliyyət olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, İXM 483-cü maddənin dispozisiyası xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs olmanı şərtləndirir. “Kristal Plus MMC rüsumdan azad ticarət fəaliyyətini həyata keçirən hüquqi şəxsdir və ölkə xaricində olmamaqla, neytral ərazidə öz fəaliyyətini həyata keçirir. Belə şəxslərin ticarət fəaliyyətinin yeri, yaxud iqtisadi fəaliyyət olmasına dair hər hansı hüquqi tənzimləmə və ya praktika mövcud deyildir. Belə olduğu təqdirdə, Şəxs MMC-nin təqsirli olmasını birbaşa göstərən hər hansı normativ göstəriş mövcud deyildir. Odur ki, neytral ərizdə faəliyyət göstərən hüquqi şəxsin xarici iqtisadi fəaliyyətlə məşğul olması birbaşa öz təsdiqini tapmadığından onun İXM-in 483-cü maddəsi ilə təqsirli bilinməsi qeyd edilən maddənin dispozisiya şərtləri ilə uzalşmır. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Sadalanan xüsusatlara əsasən "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinin tələblərini pozması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar