Məhkəmə qərarları › İş №3(001)-2264/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2264/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2264/2020 24.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, Qarayev Rövşən İntiqam oğlunun katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, X4 xx xxxx 2020-ci il tarixdə saat 13:30 radələrində idarə etdiyi “İsuzu Citiport” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri,Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi ilə hərəkətdə olarkən manevr qaydalarını pozmaqla “Nissan Qashqai” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 vuraraq ona, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis kapitanı İlkin Almazov tərəfindən xx xxxx 2020-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin Yol patrul xidməti baş inspektoru polis leytenantı X3 tərəfindən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 ifadəsində bildirmişdir ki, o, “İsuzu Citiport” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobili “BCD” dərəcəli sürücülük vəsiqəsi əsasında “xxxx” MMC tərəfindən verilmiş 15 günlük yol vərəqəsi əsasında idarə edir. xx xxxx 2020-ci il tarixdə saat 13:30 radələrində idarə etdiyi “İsuzu Citiport” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri,Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi ilə hərəkətdə olarkən “Nissan Qashqai” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 vuraraq ona, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir.Maddi imkanı və ailədə sosial şəraiti aşağıdır.Əməlindən səmimi peşmandır. Ona görə də yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Bakı şəhər Binəqəi rayon Polis İdarəsi (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə işə Bakı şəhər Binəqəi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından aydın olur ki, Məhkəmə Tibb Ekspertizasının 1047 nömrəli xx xxxx 2020-ci il tarixli canlı şəxsin məhkəmə-tibbi müayinəsi rəyində, vətəndaş A.Ə.Əliyevin bədən səthində aşkar edilmiş xəsarət – sol said nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ və sol said nahiyəsinin çoxsaylı sıyrıqları, sol əlin İ barmağının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və həmin aşkar olunmuş xəsarətlər xx.xx.2020-ci il tarixdə idarı etdiyi minik avtomaşının sərnişin avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz ifadəsi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 327.8-ci maddəsi ilə tövsüf edilmişdir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə X2 inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əvvəllər inzibati xəta törətmədiyini, əməlində məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edirəm ki, o, nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmadan da, qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilə və tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısı alına bilər, cəzanın qeyd edilənlər nəzərə alınmaqla təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Sadalanan məsuliyyəti yüngülləşdirən halları məcmu halında nəzərə alaraq məhkəmə hesab edir ki, X2 cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9, 31, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar