Məhkəmə qərarları › İş №3(001)-2267/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2267/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2267/2020 08.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AP № ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim F.Əmirəliyev) xx.xx.2020-ci il tarixli 3(001)-573/2020 saylı qərarı ilə inzibati xəta törətmiş hüquqi şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Daha sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(001)-573/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(103)-10572020 saylı qərarı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxxxxxxx xxxxx ” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati tənbeh tədbitinin tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(001)-573/2020 saylı qərarı ləğv edilmiş və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında material xx.xx.2020-ci il tarixində yenidən Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsinə (“TATRA T815 820 R 25 MK 10 XUSU” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı) dair inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı sorğu göndərmiş Binəqədi RPİ-nin YPŞ-nə göndərməmişdir. Bununla da “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 347-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də xx.xx.2020-ci il tarixdə idarə barəsində AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin idarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan MMC-nin nümayəndəsi X2 izahatında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən sorğular ünvanlarına göndərilməli olduğu halda, başqa ünvana göndərildiyi üçün bu sorğular onlara gəlib çatmamış və idarənin heç bir məsul vəzifəli şəxsi tərəfindən imzalanmamışdır. Sorğular rəsmi qaydada verilmədiyindən və onların bunlardan xəbəri olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş bir sıra hüquqları pozulmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(103)-1057/2020 saylı qərarından görünür ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmamış, sorğunun “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ” MMC-yə göndərilməsi barədə məlumatlar iş materiallarında mövcud olsa da, həmin sorğunun qəbul edilməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında aşkar edilmədiyinə görə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin qərarı ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi DYPİ tərəfindən SS647639628AZ saylı məktubla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı göndərilən sorğu xx.xx.2020-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə (sorğuya kim tərəfindən imza edilməsi məlum deyil) qəbul edilmişdir. Həmin sorğunun göndərilməsinə dair reyestrdən görünür ki, sorğu Bakı şəhəri, Binəqədi rayonu.Hacıbəyov küçəsi, 72-4 ünvanına göndərilmişdir, lakin MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, ev 21-ci Dağlıq 3105-ci məhəllədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən sorğular ünvanlarına göndərilməli olduğu halda, başqa ünvana göndərildiyi üçün bu sorğular onlara gəlib çatmamış və idarənin heç bir məsul vəzifəli şəxsi tərəfindən imzalanmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi DYP-nin xx xxxxxx 2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə olunmuş poçt sənədinin çatdırılmasına dair xəbərnamədən məlum olur ki, xx.xx.2020-ci il tarixdə xəbərnaməni qəbul edən şəxsin kimliyi məlum deyil,heç bir ad, soyad qeyd olunmamışdır. Hesab edirəm ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən Binəqədi rayonu, Hacıbəyov küçəsi, 72-4 ünvanına göndərilmiş sorğu kimliyi məlum olmayan şəxs tərəfindən qəbul edildiyindən və həmin şəxsin müəsissəyə adiyyəti sübuta yetirilmədiyindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 53, 110-112, 552-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş xx xxxxxx 2019-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar