Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2277/2020 18.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis leytenantı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ermənistan, Razdan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi mərkəzdə saat 15:00 radələrində polisin qanuni tələbinə tabesizlik edərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin PB-nin sahə inspektoru, polis leytenantı X3 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə 15:00 radələrində 43-cü PB-nin 19-cu piyada maşurutunda Binəqədi Mərkəzdə xidmətdə olarkən Brend House ticarət mərkəzinin qarşısında iki nəfər vətəndaşın bir-birləri ilə mübahisəsini görüb onlara yaxınlaşan zaman vətəndaşın biri ağır dərəcədə sərxoş olduğunu görüb ictimai yerdə vətəndaşların qarşısında qanunun tələblərini pozaraq nalayiq ifadələr işlədərək tabesizlik göstərirdi. Həmin vətəndaşları ərazidə olan 64-52 çağırışlı avtopatrulla 43-cü PB-nə gətirilib növbətçi hissəyə təhvil vermişlər. Bölmədə həmin vətəndaşların X4 və Şəxs olduğu məlum olmuşdur. PB-də olan zaman Şəxs PB-nin saxlama yerini təpikləyərək ordakı qapını və əşyaları zədələmişdir, polisin qanuni tələblərinə tabe olmamış, ağır söyüşlər söymüşdür. Odur ki, Şəxs haqqında qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində ərazidə xidmət aparan polislər onu X4 ilə mübahisə edərkən görmüşlər. Bu zaman o içkili olduğundan polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. O, əməlindən peşmandır, barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi İsayev X2 Aqil İsman oğlu barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi rayon Polis İdarəsinin 43cü PB-nin məsul növbətçisi, poli mayoru Səbuhi Musayev tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində PB-nə polis əməkdaşının qanuni tələblərinə tabe olmayan Şəxs gətirilmişdir. PB-də olan zaman o, PBnin saxlama yerini təpikləyərək oradakı qapını və əşyaları zədələmiş, həmçinin öz söyüş və təhqirlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MN №0682816 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZA №002687 saylı İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə 15:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə prosesndə iş materiallarında əlavə edilmiş diskə baxış nəticəsində müəyyən edilmişdir ki, həqiqətən Şəxs özünü PV-də nalayiq apararaq küçə söyüşlərindən istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2020-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmaması, bununla da İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2277/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2277/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver