Məhkəmə qərarları › İş №3(001)-2278/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2278/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2278/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlu, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayətçi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X8 TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: Şikayətçi X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X8 TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhər BPİ DYPİ-nin polis serjantı X2 tərəfindən xx.xx.2020-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında Qərar tərtib edilmişdir. Qərarda təhlükəsizlik kəməri bağlamadığına və YPX əməkdaşının saxlamaq barədə verdiyi işarəyə əməl etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3-ci maddələri ilə inzibati xəta törətmiş olduğu qeyd edilmişdir. O, özünə məxsus “Lexus” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Əliyeva küçəsindən Neftçilər prospekti istiqamətində hərəkətdə olduğu zaman Neftçilər prospektində, Kukla teatrı ilə üzbəüz yolun sağ tərəfində YPX əməkdaşı (motosikletlə) ona avtomobili saxlamaq göstərişi vermiş və o avtomobili həmin yerdə saxlamışdır. YPX əməkdaşı avtomobilinə yaxınlaşaraq təhlükəsizlik kəməri taxmadığını və təxminən 500 metr arxada avtomobili saxlama əmri verdiyini bildirmişdir. O isə cavab olaraq “Sizi”, yəni YPX əməkdaşını və saxlama əmri barədə göstərişinizi görmədiyini bildirmış, lakin o, 500 metr arxada, yəni R.Rza küçəsi ilə Neftçilər prospektinin kəsişməsində (döngəli yolda), dayanma, durma qadağandır nişanının olduğu yerdə xidmət apardığını bildirmişdir. O, ona aydın görünməyən və dayanma durma qadağandır nişanının olduğu yerdə xidmət apardığını və bu səbəbdən saxlama əmri göstərişinin görmədiyini əsas gətirərək etiraz etsə də, o onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra tərəfindən elektron poçt vasitəsilə AR DİN BDYPİ-nə müraciət edilərək YPX inspektom polis serjantı A.Ə.Ələkbərli tərəfindən “Yol Patrul xidməti haqqında” AR Qanunun 4.3, 4.4.3, 4.10, 7.2, 7.5, 7.6, 7.9, 7.19.5, 13.4, 18.1.1, 18.1.6 maddələrinin tələblərinin pozularaq barəsində tərtib etdiyi İnzibati xəta haqqında Protokolun ləğv edilməsini xahiş etmişdir. AR DİN BDYPİ-nin 9/YP 046-5512Q-42202 saylı cavab məktubunda YPX əməkdaşının saxlamaq əmri barədə verdiyi işarəyə əməl etmədiyi qeyd olunan yol sahəsində quraşdırılmış kameralar vasitəsilə qeydə alınmış videogörüntüdə təsdiqini tapdığı, araşdırma zamanı inzibati xətanın aşkar olunması və sənədləşməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi hallarının müəyyən edilmədiyi qeyd edilmişdir. Onun iştirakı ilə birlikdə baxılmış videogörüntülərdə YPX inspektorunun aydın görünməyən, dayanma, durma qadağandır nişanının olduğu yerdə xidmət apardığı, “dayanın” göstərişi vermək əvəzinə “sürəti azaldın” göstərişi verdiyi, həmçinin avtomobilin həmin yerdə saxlamağın qeyri-mümkün olduğu vəsaxlanılacağı halda isə digər hərəkət iştirakçılarına maneə yaratma ehtimalı olduğu açıq-aşkar görünür. Buna görə də hesab edirəm ki, YPX inspektorunun aydın olmayan və dayanma, durma qadağandır nişanının olduğu yerdə xidmət apardığı, “dayanın” göstərişini düzgün yerinə yetirmədiyi və həmin yerdə avtomobilin saxlanılmasının digər hərəkət iştirakçılarına maneə yaratdığı üçün barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X8 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin dəlillərinə uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarinda olan Bakı şəhər BPİ DYPİ-nin polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 329.1 və 327.3-cü maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan Bakı şəhər BPİ DYPİ-nin X3 ünvanladığı cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə o, «Lexus» markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Rəsul Rza küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin hissəsinin 6-cı bəndinin tələbini pozaraq hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamadığına və YPX əməkdaşının saxlamaq barədə verdiyi işarəyə əməl etmədiyinə görə barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3-cü maddələri üzrə Qanunvericiliyin tələbinə uyğun inzibati xəta haqqında protokol tərtib edilmişdir. YPX əməkdaşının saxlamaq barədə verdiyi işarəyə əməl etməmədiyi qeyd olunan yol sahəsində quraşdırılmış kameralar vasitəsi ilə qeydə alınmış videogörüntüdə təsdiqini tapmış və həmin görüntünün ona göndərildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 128.2.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materialda olan sübutlarla X1 avtomobil idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3-cü maddələrinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı kifayət qədər mübahisə yaratması üçün əsas verir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. “Yol patrul xidməti haqqında Təlimat”ın 4.3-cü maddəsində əsasən patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Həmin Təlimatın 7.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin dayandırılması tələbi elə edilməlidir ki, sürücü nəqliyyat vasitəsini saxlayarkən digər hərəkət iştirakçılarına maneə yaratmasın. Hesab edirəm ki, X4 barəsində qəbul edimiş qərar üzrə işin bütün faktiki halları araşdırılmadan qəbul edildiyindən, X4 tərəfindən həqiqətən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktını təsdiq edən video görüntüyə DYP-nin nümayəndəsi məhkəməyə gəlmədiyi və video görüntü təqdim edilmədiyi üçün baxmaq mümkün olmadığından qeyd olunanlara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, həmin şikayətçinin iştirakı ilə iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 göndərilməli, şikayət digər hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldım: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin işyenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 göndərilsin. Şikayət digər hissədə təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sərdlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar