Məhkəmə qərarları › İş №3(001)-228/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-228/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-228/2023 01.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin nümyəndəsi X2, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edib bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi Toyoto markalı **-CH-*** dövlət qeydiyyat nömrəli maşınla Ü.Hacıbəyli və K.Səfərəliyeva küçələrinin kəsişməsində hərəkətdə olarkən YPX inspektoru onu saxlayaraq barəsində İXP ******* nömrəli protokol tərtib etmişdir. Protokolun tərtib edilməsinə səbəb kimi işıqforun sarı rəngli işığında yolu keçməyi göstərilmişdir. Həmin protokol isə əsassızdır. Çünki stop xəttində dayana bilməyəcəyindən qəfil tormozlama olmaması üçün məcbur olaraq sarı işıqda keçmişdir. Avtomobildə arxada burun əməliyyatından çıxamış xəstə olduğundan sarı işıqda keçmək məcburiyyətində qalmışdır. Sonradan onun barəsində qəbul edilmiş qərarda müəyyən etmişdir ki, ona İXMnin 322.0.2-ci maddəsinə görə “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə də əsaasız cərimə olunmuşdur. İnspektor isə onu saxlayarkən hər hansı bir formada bu maddə ilə irad bildirməmişdir. O isə ümumiyyətlə taksi fəaliyyəti göstərməmişdir. Hesab edir ki, özündə günah yoxdur və heç bir inzibati xəta törətməmişdir. Ona görə də, məhkəmədən Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin nümyəndəsi X5 bildirmişdir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır. X4 işıqforun sarı işığında keçməyə özünü haqlı bilsə də, bu qayda yalnız istisna hallarda keçidə yol verir. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. X4 isə avtomobili idarə edən zaman kəskin tormozlama etmədən nəqliyyat vasitəsini dyandıra və nizamlayıcının müvafiq siqnalını gözləyə bilərdir. Odur ki, verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol patrul xidməti inspektoru X6 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olan zaman Toyoto markalı **-CH-*** dövlət qeydiyyat nömrəli avtomobil sürücüsünün Binəqədi rayonu ərazisində işıqforun sarı işığında hərəkətini davam etdirdiyini görüb onu saxlamışdır. Qayda pozuntusu ilə bağlı sürücüyə məlumat verilmiş və barəsində protokol tərtib ediləcəyi bildirilmişdir. Sürücü ona avtomobilində xəstə olduğunu və qəfildən tormozlma edəcəyi təqdirdə xəstəyə nə isə olacağından qorxub sarı işıqda keçdiyini və qanunun ona qəfil tormozlama etmədən gedə biləcəyinə icazə verdiyini bildirmişdir. X1 işıqfora qədər avtomobili saxlaması üçün kifayət qədər vaxtı olmasına baxmayaraq, o, avtomobilin sürətini azaldıb dayanmaq əvəzinə sarı işıqda keçməsinin özü şahidi olmuşdur. Bundan başqa onun Taksi tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi faktı aşkar edilmiş və tərəfindən X4 barəsində İXM-in 322.0.2 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək bu barədə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və ona əlavə edilmiş iş materiallarını bir-biri ilə əhatəli şəkildə araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayət vermiş şəxs məhkəmədə verdiyi izahatda işıqforun sarı işığında keçməsini etiraf etmiş, lakin buna səbəb kimi avtomobilində xəstə olmasını və qəfildən tormozlma nəticəsində ona xəsarət dəyməsindən qorxduğunu bildirmişdir. “Yol hərəkəti haqqında” Azərbayccan Respublikası Qanunun 60-cı bəndində aşağıdkılar qey edilmişdir. İ. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. İİİ. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. İV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. V. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Qanunvericiliyin tələblərinə görə, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir və yalnız həmin qanunda nəzərdə tutulmuş müstəsna hallar təşkil edir. Qeyd edilməlidir ki, X3 isə müraciətində və məhkəmədə verdiyi izahatında işıqforun sarı işığında dayanmadan keçməsinə dair göstərdiyi hal “Yol hərəkəti haqqında” Azərbayccan Respublikası Qanunun 60-cı maddəsinin tələblərinə ziddir. Belə olan halda X3 əməlində inzibati xəta tərkibinin olmamasını, eləcə də qəbul edilmiş qərarın əsassız olmasını bildirməsinə dair xüsusatlar, məhkəmədə toplanmış sübutlarla təkzib edilmişdir. Göründüyü kimi, X4 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X3 Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar