Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2282/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Məmmədov Vüqar Nemət oğlu, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayətçi Hüseynov Möhü Məhəmməd oğlunun iştirakı ilə, Hüseynov Möhü Məhəmməd oğlunun inzibati tənbeh edilməsinə dair Bakı şəhər Dövlət X6 Müşayiət-Eskort bölüyü Yol Polis Xidmətinin inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətçi Hüseynov Möhü Məhəmməd oğlu Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X6 Müşayiət-Eskort bölüyü Yol Polis Xidmətinin inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Hüseynov Möhü Məhəmməd oğlu şikayətini onunla əsaslandırmışdır ki, ** VF *** dövlət nömrə nişanlı, “Opel Omega” markalı avtomaşınla xx.xx.2020-ci il tarixdə saat 09:16 radələrində onun müvafiq icazəsi olmuş və bu icazə portalda da qeyd olunmuşdur, buna baxmayaraq həmin tarixdə Bakı şəhər DYPİ-nin Müşaiyət-Eskort bölüyünün əməkdaşı tərəfindən onun barəsində qanunsuz olaraq protokol tərtib edilmiş və AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Bu qanunsuz tərtib edilmiş protokol əsasında inzibati xəta haqqında qərar çıxarılmışdır. Bu qərar tamamilə qeyriqanuni və əsssızdır və ləğv edilməlidir. Onun barəsində protokol tərtib edilməsi və qərar çıxarılmasından məlumatı olmamışdır, avtomaşını texniki baxışdan keçirmək istəyərkən məlumat almışdır. Belə ki, həmin vaxt nə protokol, nə də qərar ona göndərilməmişdir. O teleqram vurduqdan sonra xx xxxxxx 2020-ci il tarixdə ona protokol göndərilmiş, qərar isə göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Hesab edir ki, barəsində tərtib edilmiş qərar tamamilə əsassızdır, belə ki, araşdırma aparılmadan qərar çıxarılmışdır, kamera görüntüləri tələb edilməmiş, portalda olan icazəsi araşdırılmamış və protokolun düzgün tərtib edilib-edilməməsi halları qətiyyən araşdırılmamışdır. O, İİ qrup əlildir, onun cərimə edilməsi onun üçün əlavə bir yükə çevriləcəkdir. Onun əməlində inzibati xəta törədilməsi halı mövcud olmamışdır, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq belə bir əsassız qərar qəbul edilmişdir. Ona görə də qeyri-qanuni və qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bakı şəhər Dövlət X5 Müşayiət-Eskort Bölüyünün İXP ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokolu əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta üzrə işin icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri BPİ-nin Dövlət X7 inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhəri BPİ-nin Dövlət X6 nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhəri BPİ-nin Dövlət X6 nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında Hüseynov Möhü Məhəmməd oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə onun heç bir günahı yoxdur və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X8 Müşayiət-Eskort bölüyü Yol Polis Xidmətinin inspektoru polis baş serjantı X2 tərəfindən xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Hüseynov Möhü Məhəmməd oğlu tərəfindən Azərbaycan Respublikasının İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ polis leytenantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Hüseynov Möhü Məhəmməd oğlu Azərbaycan respublikasının İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Dövlət X6 Müşayiət-Eskort bölüyü Yol Polis Xidmətinin inspektoru polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş eyni tarixli TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 128.2.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hüseynov Möhü Məhəmməd oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 200 manat məbləğində inzibati tənbeh olunmuşdur. İnzibati xəta haqqında materialda olan sübutlarla Hüseynov Möhü Məhəmməd oğlunun avtomobil idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı kifayət qədər mübahisə yaratması üçün əsas verir. Belə ki, İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli sms çıxarışdan məlum olur ki, Hüseynov Möhü Məhəmməd oğlu xx.xx.2020-ci il tarixində yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103-e saat 8:36-da 2 yazaraq sms yollamış, saat 8:51-də 2 saat müddətinə yaşayış yerini tərk etmək haqqında sms təsdiqi almışdır. İnzibati xəta haqqında protokol isə xx.xx.2020-ci il tarixdə saat 09:16-da tərtib edilmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında aparılan fiziki şəxsin izahatı alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, şikayətçi Hüseynov Möhü Məhəmməd oğlunun hüquqlarının tam təmin edilməsi məqsədi ilə və yuxarıda qeyd olunmuş əsaslara əsasən hesab edir ki, Hüseynov Möhü Məhəmməd oğlu inzibati tənbeh olunmasına dair Bakı şəhər Dövlət X6 Müşayiət-Eskort bölüyü Yol Polis Xidmətinin inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş TP ******* nömrəli qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və İXM-in 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüseynov Möhü Məhəmməd oğlunun inzibati tənbeh olunmasına dair Bakı şəhər Dövlət X6 Müşayiət-Eskort bölüyü Yol Polis Xidmətinin inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş TP ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2282/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2282/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver