Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2284/2022 28.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədiyyə qulluqçusu Kamran Mirzəyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Binəqədi rayon icra şöbəsinin icra məmuru X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6219/2018 saylı, xx.xx.2018- ci il tarixli icra sənədinə əsasən 1 529,61 manat “Mətanət A” şirkətinin xeyrinə, 2(001)- 3090/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 20 000 manat X2 xeyrinə, 2(001)- 5305/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 468 manat ‘ABC Teekom” MMCnin xeyrinə, 2(001)-2006/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 17 115,68 manat X8 xeyrinə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1199/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 9 246 manat "xxxx" MMC-nin xeyrinə, 2-2(113)-1874/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 4 128,40 manat "xxxx" MMC-nin xeyrinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinin 8i-10891 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 7 520 manat X8 xeyrinə, Bakı şəhəri 14 saylı Notariat ofisinin 8i-7069 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 10 020 manat X4 xeyrinə Şəxs tərəfindən ödənişlər edilməlidir.Protokola əlavə edilmiş icra sənədləri üzrə tələb təmin edilməmiş, Şəxs icra məmurunun çağırışlarına gəlməkdən yayınmış, borcun könüllü ödənilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirdi ki, “Eurohome” ticarət mərkəzinin yanması ilə əlaqədar olaraq onun işlətdiyi mağaza da yanmış və nəticə də o müflis olmuşdur.Belə ki, maddi cəhətdən çətinlik çəkdiyindən borcunu tam ödəyə bilmir.Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - məhkəmədən ona inzibati qaydada yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X9 hüquqlarını müdafiə etdiyi şəxsin gəliri az olduğunu, səhhətini, maddi vəziyyətinin ağır olduğunu nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmiş tələbkarlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə tələbkarların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru X11 borclunun hazırda borcu olduğunu, borcunu tam ödəmədiyini və bunun nəticəsində tələbkarların çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kamran Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6219/2018 saylı, xx.xx.2018-ci il tarixli, 2(001)-3090/2019 saylı, xx.xx.2019-cu il tarixli,2(001)-5305/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2(001)-2006/2020 saylı, xx.xx.2020-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1199/2020 saylı,xx.xx.2020-ci il tarixli, 2-2(113)-1874/2020 saylı, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri 21 saylı Notariat Ofisinin 8i-10891 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri 14 saylı Notariat ofisinin 8i-7069 saylı, xx.xx.2019- cu il tarixli icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarlarının uzun müddət icra olunmadığını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır.Eyni zamanda, məhkəmə borclu Şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cərimə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 6 saata görə 36 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. X1 məhkəmə baxışı zamanı 6 saat əmək haqqının məbləği 36 (otuz altı) manat "xxxx" ASCnin Binəqədi filialına (kod-200156,VÖEN- **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB******* *************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2284/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2284/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver