Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2286/2022 28.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin sahə inspektoru, polis mayoru X3, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1, 333.4 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 327.1, 333.4 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında bir icraatda toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 bildirmişdir ki, 27 iyul 2022-ci il tarixdə saat 9 radələrində xidmətdə olarkən tərəfindən hərəkətdə olan 156 nömrəli sərnişin avtobusu saxlanılmışdır. Sürücü sonradan adını bildikləri Şəxs sənədlərini polis əməkdaşlarına təqdim etməkdən qəsdən boyun qaçıraraq kobud cavablar vermişdir. Bundan sonra sürücüdə şsərxoşluq hallarının olması şübhə doğurduğundan onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi sonuncu müayinəyə aparılmış və onun qanında narkotik tərkibli maddələr aşkar edilmişdir. Ekoloji postda olan zaman ona və digər polis əməkdaşına qarşı çox kobud şəkildə etiraz etməklə polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində İXM-in 327.1 və 333.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək polisin qanuni tələblərinə tabe olmaması ilə bağlı tədbir görülməsi məqsədi ilə sonuncu 40-cı Polis Bölməsinə təhvil verilərək bu barədə raport tərtib edilmişdir. Məhkəmə iclasında iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6 bildirmişdir ki, 27 iyul 2022-ci il tarixdə Ekoloji Nəzarət üzrə YPXB əməkdaşları tərəfindən bölməyə bir nəfər şəxsin polisin qanuni tələblərinə tabe olmadığı əsası ilə gətirilib təhvil verilmişdir. Həmin tarixdə adı sonradan məlum olan Şəxs barəsində bölmə tərəfindən inzibati qaydada icraat başlanılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 27 iyul 2022-ci il tarixdə İsuzu markalı ** RB *** dövlət qeydiyyat nişanlı 156 nömrəli sərnişindaşıma avtobusunu idarə edərkən Ekoloji Nəzarət üzrə YPXB əməkdaşları tərəfindən ona saxla əmri verilib sürücü saxlanılan zaman sonuncu sənədlərini polis əməkdaşlarına təqdim etməkdən qəsdən boyun qaçırmışdır. Sonra sürücünün sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi o, müayinəyə aparılmış və daha sonra ekologiya postunda olan zaman Şəxs öz etirazını, iradlarını kobud şəkildə bildirdiyindən sonuncu 40-cı Polis Bölməsinə gətirilmişdir. Bölmədə tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək material Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən İXM-in 327.1 və 333.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolla bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətadan peşman olduğunu, bir daha belə hallra yol verməyəcəyini qeyd edib, məhkəmədən ona yüngül tənbeh təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə YPX bölüyü yol patrul xidməti inspektoru X4 bildirmişdir ki, 27 iyul 2022-ci il tarixdə xidmətdə olarkən ekipaj yoldaşı polis baş serjantı X2 tərəfindən hərəkətdə olan 156 nömrəli sərnişin avtobusu saxlanılmışdır. Sürücü sonradan adını bildikləri Şəxs sənədlərini onlara təqdim etməkdən qəsdən boyun qaçıraraq kobud cavablar vermiş, sərxoşluq müayinəsindən keçirildikdən sonra Ekoloji postda olan zaman ona və digər polis əməkdaşına qarşı kobud şəkildə etiraz etməklə polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, 3673 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs tibbi müayinəsi zamanı onun bədənində narkotik tərkibli maddələr aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 iyul 2022-ci il tarixdə İsuzu Ecobus markalı ** RB *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərək İXM-in 327.1 və 333.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2022-ci il tarixli, AZA 009318 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 iyul 2022-ci il tarixdə inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 iyul 2022-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 327.1, 333.4 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 327.1, 333.4 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də şahidin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.1, 333.4 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.4 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 iyul 2022-ci il tarixdən hesablansın. Qərarın inzibati həbs növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-2286/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2286/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver