Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2291/2022 28.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X10 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Qazax rayonu, Orta Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən,2-ci Qarabağ Müharibəsi iştirakçısı,Qazax rayonu, Orta Salahlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İ mədən Vulkan Dağı ətəyində yaşayan zərərçəkmiş şəxs X4 məxsus ərzaq mağazasından 80 (səksən) manat məbləğində dəyərində siqarət məhsullarını oğurlamaqla talamışdır. Bundan başqa, Şəxs 01 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən Araz marketdən ümumilikdə dəyəri 100 (yüz) manat məbləğində olan 03 ədəd spirtli içkini oğurlamaqla talamışdır. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Biəqədi rayonu, Binəqədi qəsbəsi, İ mədən, korpus 8 ünvanında yaşayan X11 məxsus “Daf” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobildən ümumilikdə dəyəri 500 (beş yüz) manat məbləğində olan 02 ədəd akkumlyatorları oğlurlamaqla talamışdır. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus ümumilikdə dəyəri 80 (səksən) manat məbləğində olan naqilləri oğurlamaqla talamışdır. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən evin həyətindən zərərçəkmiş şəxs X14 məxsus olan dəyəri 88.85 (səksən səkkiz manat səksən beş qəpik) AZN olan su sayğacını oğurlamaqla talamışdır. Bu əməli ilə o, İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir.Həmin hadisələr ilə əlaqədar xx.xx.2022-ci il tarixli, MN ******* saylı, 28 iyul 2022-ci il tarixli, MN № ******* saylı, 28 iyul 2022-ci il tarixli, MN № ******* saylı, 28 iyul 2022-ci il tarixli, MN №1404836 saylı, 28 iyul 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X15 bildirdi ki, Şəxs 5 epizod üzrə talamaya yol verdiyi və vurduğu ziyanları ödəməyini nəzərə alaraq onun inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş edir.Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İ mədən Vulkan Dağı ətəyində yaşayan zərərçəkmiş şəxs X4 məxsus ərzaq mağazasından 80 (səksən) manat məbləğində dəyərində siqarət məhsullarını oğurlamaqla talamışdır. Bundan başqa, Şəxs 01 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən Araz marketdən ümumilikdə dəyəri 100 (yüz) manat məbləğində olan 03 ədəd spirtli içkini oğurlamaqla talamışdır. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Biəqədi rayonu, Binəqədi qəsbəsi, İ mədən, korpus 8 ünvanında yaşayan X11 məxsus “Daf” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobildən ümumilikdə dəyəri 500 (beş yüz) manat məbləğində olan 02 ədəd akkumlyatorları oğlurlamaqla talamışdır. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus ümumilikdə dəyəri 80 (səksən) manat məbləğində olan naqilləri oğurlamaqla talamışdır. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən evin həyətindən zərərçəkmiş şəxs X14 məxsus olan dəyəri 88.85 (səksən səkkiz manat səksən beş qəpik) AZN olan su sayğacını oğurlamaqla talamışdır. Qeyd edilən faktlar Şəxs öz izahatı ilə təsdiq edilir. Bununla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs barəsində İXM-nin 227-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokollar tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir.Hal-hazırda,o,həmin protokolları müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlləri etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X16 təmsil etdiyi şəxs Şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, onun müdafiəçisinin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı,polis mayoru Rza Nəzərov tərəfindən qəbul edilmiş 25 iyul 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı,polis leytenantı Elçin Zeynalov tərəfindən qəbul edilmiş 15 iyul 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən zərərçəkmiş şəxs X7 şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Süleyman Qəşəmli tərəfindən qəbul edilmiş 12 iyul 2022ci il tarixli qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən zərərçəkmiş şəxs X8 şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı,polis leytenantı Elçin Zeynalov tərəfindən qəbul edilmiş 06 iyul 2022-ci il tarixli qərara əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən "xxxx" MMCyə məxsus naqillərin oğurlanması ilə bağlı müraciət etmiş şəxs X2 şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Vüsal Rzayev tərəfindən qəbul edilmiş 10 iyun 2022-ci il tarixli qərara əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən zərərçəkmiş şəxs X12 şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi il ərzində ilk dəfə inzibati xəta törətməsini, onun təqsirini etiraf etməsini, səmimi peşmançılığı nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən hallın məcmusunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində inzibati ictimai iş növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X16 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 160 (bir yüz altmış) saat ictimai işlər cəzası təyin olunsun. Təyin edilmiş ictimai işlər cəzasının əvvəli Şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması vəzifəsi tapşırılsın. Şəxs təyin edilmiş ictimai işlər cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs inzibati qaydada tutmadan azad olunsun. X1 məhkəmə baxışı zamanı 6 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASCnin Binəqədi filialına (kod-200156,VÖEN- **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2291/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2291/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver