Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2299/2022 26.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə X1 Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında nəzərdə keçirərək MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş 14 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə tərtib edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərarı ilə X3 Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən təqsirli bilinərək 3 500 (üç min beş yüz) manat cərimə edilmişdir.O, qeyd etmişdir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərarı əsassızdır, qanunsuzdur və aşağıda göstərilən dəlillərə görə ləğv edilməlidir. Şikayətçi göstərmişdir ki, belə ki, tərəfindən ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarının pozulmasına görə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ********* nömrəli protokolu əsasında qəbul edilmiş 10 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2 500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmuş, habelə 1 500 (min beş yüz) manat dəbbə pulu hesablanmış və eyni zamanda 3 maddədən ibarət olan icrası məcburi xarakter daşıyan məcburi göstəriş verilmişdir.Göstərilən cərimə məbləği dəbbə pulu ilə birgə müvafiq hesaba ödənilmiş və qərar qəbul olunduğu andan sexin fəaliyyəti tam dayandırılmışdır.Sexin fəliyyətinin dayandırılmasına baxmayaraq ona məlumat verilmədən, eləcə də müvafiq akt və protokolun tərtib edilməsi zamanı onun iştirakı təmin edilmədən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən guya ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərini yerinə yetirmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə uyğun olaraq 14 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən barəsində 3 500 (üç min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir.Bu onu deməyə əsas verir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxləri məcburi göstərişin şərtlərinə əməl olunması vəziyyətini araşdırmaq üçün fəaliyyət sahəsinə gəlmədən öz şəxsi mülahizələri əsasında, hadisə yerində deyil, şəxsi iş otaqlarında onun iştirakı olmadan Akt və Protokol tətbiq edərək məlum qərarı qəbul etmişdir. Bundan başqa, şikayətçi göstərmişdir ki, xx.xx.2022-ci il tarixində qərarı aldıqdan sonra 26 iyul 2022-ci il tarixində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ərizə ilə rəsmi müraciət edərək ötən ilin müvafiq dövründən fəaliyyətlərini dayandırdıqları halda ona qarşı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə və bunun əsasında inzibati cərimə tətbiq olunmasına öz etirazını bildirmişdir. Lakin bunun üçün onun təqsiri sübut olunmalıdır.Çünki AR İXM-nin 8.l-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM ilə nəzərdə tutulmuş qaydada sübuta yetilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, şikayətçi hesab edir ki, İXM-nin 53.0-ci maddəsinin 53.0.1.-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən o, X7 barəsində qərarın qəbul edilməsi qanunları bilməməkdən və onları təcrübədə tətbiq edə bilməməkdən və ya Azərbaycan Respublikası qanunlarına etinasız yanaşılmasından irəli gəlir. X2 yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 14 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərarını ləğv edib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, o, protokol tərtib edilən zaman ölkə xaricində olmuşdur.Onun barəsində tərtib edilən protokoldan xəbəri olmamışdır.Eyni zamanda bildirmişdir ki, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarının pozulmasına görə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021 -ci il tarixli, MN ********* nömrəli protokolu əsasında qəbul edilmiş 10 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2 500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmuş və onun tərfindən həmin cərimə ödənilmişdir.Hal-hazırda, həmin sex artıq fəaliyyətini dayandırmışdır.Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 14 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərarını ləğv edib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin nümayəndə və vəkilini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş MN ******* saylı, 14 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 tərəfindən 6m9/2621-086 saylı,xx.xx.2021-ci il tarixliicrası məcburi olan müddətli məcburi göstərişin tələbləri yerinə yetirilməmişdir. İş materiallarında olan Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3422 saylı ödəniş qəbzindən məlum olur ki, X7 tərəfindən MN ******* saylı təyinat üzrə 4 005 AZN məbləğində pul 142582 büdcə təsnifat koduna köçürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, iş materiallarına əlavə olunmuş MN ******* saylı, 14 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 tərəfindən 6-m9/2621-086 saylı, xx.xx.2021-ci il tarixli icrası məcburi olan müddətli məcburi göstərişin tələbləri yerinə yetirilməmişdir.Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, ona protokol tərtib edilən vaxt Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda olmuşdur.Lakin, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsinə sorğu göndərilmiş və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsinin 24 avqust 2022-ci il tarixli, 33/3361 saylı məktubuna əsasən məlum olmuşdur ki, X7 dövlət sərhədlərindən xx.xx.2021-ci il tarixdə çıxış etmiş və xx.xx.2021-ci ildə giriş etmişdir.Daha sonra xx.xx.2022-ci il tarixdə ölkə sərhədlərindən çıxış etmiş və xx.xx.2022-ci il tarixdə giriş etmişdir.Beləliklə aydın olur ki, protokol tərtib edilən vaxt X7 ölkə daxilində olmuşdur.Bundan başqa, şikayətçi bildirmişdir ki, həmin idarə tərəfindən o, artıq bir dəfə eyni səbəblə, yəni ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarının pozulmasına görə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ********* nömrəli protokolu əsasında qəbul edilmiş 10 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2 500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmuş və onun tərəfindən həmin cərimə ödənilmişdir.Şikayətçi iddia etmişdir ki, həmin pozuntuya görə artıq bir dəfə cərimə olunduğuna görə təkrar cərimə oluna bilməzdi.Lakin məhkəmə şikayətçinin bu dəlili ilə də razılaşmır.Belə ki, şikayətçinin işlətdiyi obyekt tərəfindən ətraf mühitə çirkab suları axıdılmaqda davam etdiyinə görə ona yenidən inzibati protokol yazılması əsaslı olmuşdur.Bundan başqa, məhkəmə şikayətçinin həmin obyektin fəaliyyətinin dayandırması və həmin obyektin onun tərəfindən istifadə edilməməsi ilə bağlı da arqumetləri ilə razılaşmır.Şikayətçi tərəfindən şəxsən ilk protokol üzrə cərimənin dövlət büdcəsinə ödənilməsi də həmin sexin faktiki sahibin şikayətçi olduğunu təsdiq edir.Digər tərəfdən şikayətçinin həmin sexin fəaliyyətinin dyandırması ilə də bağlı iddiaları əsassızdır.Belə ki, inzibati orqan tərəfindən tərtib olunmuş protokola əsasən də həmin sexin fəaliyyət göstərdiyi və ətraf mühiti çirkləndirməkdə davam etdiyi təsdiqini tapır və şikayətçi məhkəmədə bunun əksini sübüt edə bilməmiş, həmçinin həmin sexin fəaliyyətinin dayandırılması ilə bağlı dövlət orqanlarına hər hansı məlumat verməsi barədə müraciətini məhkəməyə təqdim edə bilməmişdir.Buna görə də, hesab edirəm ki, X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş 14 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə tərtib edilmiş qərarın ləğv edilməsini barədə verdiyi şikayət rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş 14 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə tərtib edilmiş qərarın ləğv edilməsini barədə verdiyi şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2299/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2299/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver