Məhkəmə qərarları › İş №3(001)-230/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-230/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-230/2022 13.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X5, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxslər X2, X1 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi, ev 95-də yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 157-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən İXM-in 206-cı və 157-ci maddələri ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X9 izahat verərək bildirmişdir ki, 02.01.22-ci il tarixdə Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi, ev 95-də yaşayan X8 rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək atası Şəxs onu, anasını, bacısını narkotik almaq üçün pul istədikdə onların verməməsi səbəbindən evi dağıtmış, kəmətıə onları döymüşdür. Eyni zamanda 06.01.2022-ci il tarixdə Şəxs yaşadığı evdə narkotik vasitə qəbul etmişdir. Şəxs oğlu polis bölməsinə gətirilmiş, bölmədə onun xx.xx.1969-cu il təvəllüdlü Şəxs olduğu müəyyən edilərək izahatı alınmış və barəsində İXM-in 206-cı və 157-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi, ev 95-də yaşayır. 02.01.2022-ci il tarixdə, saat 09:00-da yaşadığı Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi, ev 95-də qızları Qasımova Səlimə, Həsənova Ayan və həyat yoldaşı Həsənova Səadətlə aralarında münaqişə baş vermişdir. Xəstə olduğundan ailəsi onunla yola getmir, mübahisə yaradırlar. Ağrıları olduğundan arabir narkotik vasitə istifadə edir. Bölmədə izahatı alınaraq barəsində İXM-in 206-cı və 157-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmədən deyilənlərin nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X7 izahatında bildirmişdir ki, atası Şəxs uzun müddətdir narkotik vasitə istifadə edir, heç bir yerdə işləmir. Evdə anası və bacısı Ayna işləyib evi dolandırırlar. Şəxs evlə maraqlanmır, əksinə narkotik almaq üçün onlardan pul tələb edir. Pul vermədikdə isə evdə olan əşyaları aparıb satıb, narkotik vasitələri alıb evdə istifadə edir. Hətta ona pul vermədikdə əlinə keçən əşyaları onların üzərinə ataraq onlara xəsarət yetirir. 02.01.2022-ci il tarixdə, səhər saatlarında atası evə gəlib onlarla mübahisə edib narkotik vasitə almaq üçün pul istəmişdir. Onlar ona pul vermədikdə atası anası ilə mübahisə etmişdir. Həmin vaxt atası evdə olan əşyaları dağıtmağa başlamış və özün məxsus kəmərlə onları döyməyə başlamışdır. O da bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Şəxs polisin gələcəyini bilib evdən qaçıb getmişdir. Hadisə yaşadığı evdə baş vermiş, həmin vaxt evdə o, anası və bacısı olmuşlar. Məhkəmə iclasında şahid X4 izahatında bildirmişdir ki, o, 1991-ci ildən Şəxs ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan onların iki qız övladları var. Şəxs övladları böyüdükdən sonra narkotik vasitə istifadə etməyə başlamışdır. Bu səbəbdən aralarında mütəmadi olaraq mübahisələr yaranmışdır. Son vaxtlar Şəxs işləməmiş və evə qazanc gətirməmişdir. Qızları isə işləyib ailəni dolandırmışlar. Şəxs isə əksinə olaraq narkotik vasitə almaq üçün onlardan pul istəyir və bu zəmində onlarla mübahisə edir. Hətta bu səbəblərə görə Şəxs onu və qızlarını döyüb xəsarətlər yetirmişdir. X15 baş vermiş mübahisələrdən artıq xəstə olmuş, ayaqları tutulmuşdur. 02.01.2022-ci il tarixdə Şəxs səhər saatlarında evə gələrək ondan narkotik vasitə almaq üçün pul istəmiş, bu zaman onların arasında mübahisə yaranmışdır. Bu zaman qızları onu sakitləşdirməyə çalışmışlar. Həmin vaxt qızı Ayna huşunu itirib yerə yıxılmışdır. Şəxs kəməri götürüb onları döyməyə başlamışdır. Həmin vaxt qızı Səlimə Qasımova DİN-nin 102 xidmətinə zəng edib xəbər vermiş, bu zaman Şəxs polisin gəlməyindən çəkinib evdən qaçıb getmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs xəstə olmasının nəzərə alaraq Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs barəsində tərtib edilmiş 13.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu barəsində İXM-in 206-cı və 157-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 13.01.2022-ci il tarixli, Narkotik Sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 179 saylı aktdan görünür ki, Şəxs müayinəsi zamanı onun sidiyindən narkotik vasitə və psixotrop maddələr olan OPİ, AMP (amfetamin) və MET (metafetamin) aşkar edilmişdir. Məhkəmə-tibbi ekspertizanın 03 saylı 05.01.2022-ci il tarixli rəyindən görünür ki, X2 bədən səthində aşkar olunmuş xəsarət- sağ bazu nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 02.01.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Vət.S.S.Qasımovanın bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasının nəzərə alaraq demək olarki həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə (ola bilsin bel kəmərinin dəmir başlığı ilə) endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdi.Vət.S.S.Qasımovanın bədən səthində aşkar olunmuş xəsarətin bədənin əl çatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır. Məhkəmə-tibbi ekspertizanın 04 saylı 05.01.2022-ci il tarixli rəyindən görünür ki, X1 bədən səthində aşkar olunmuş xəsarət-sağ bud nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 02.01.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Vət.S.İ.Həsənovanın bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasının nəzərə alaraq demək olarki həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə (ola bilsin bel kəmərinin dəmir başlığı ilə) endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdi. Vət.S.İ.Həsənovanın bədən səthində aşkar olunmuş xəsarətin bədənin əl çatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır. Məhkəmə tibbi ekspertizanın 09 saylı 05.01.2022-ci il tarixli rəyindən görünür ki, X6 bədən səthində xəsarət aşkar olunmadı. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 157-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. X3 əməli düzgün olaraq İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri iş materialları ilə tam sübuta yetirildiyinə görə İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 157-ci maddsəinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir, belə ki, Şəxs barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli 13.01.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa Şəxs İXM-in 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətə cəlb olunması üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq sənədlər toplansa da, iş üzrə zəruri araşdırma aparılmamışdır. İş materiallarına əlavə edilmiş izahatdan görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etməsini etiraf etmişdir. Göründüyü kimi araşdırma zamanı Şəxs narkotik vasitələrdən istifadə etməsi öz təsdiqini tapsa da, onun narkomaniya xəstəliyinə düçar olub-olmaması, məcburi müalicəyə ehtiyacının olub-olmaması məsələsi müəyyən edilməmiş və bu barədə müvafiq rəy alınmamışdır. Halbuki, İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-in 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. 13.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə dair hissədə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin surətləri Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə geri qaytarılsın. Həbsdə saxlama müddətinin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Şəxs göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar