Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2309/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X12 katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonu, Çaykənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Azəryol servisin yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(040)- 285/2020 nömrəli icra sənədində xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(040)-531/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş, 120 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmış və Şəxs hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi göstərilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilmişdir. Şəxs bu günədək icra sənədi üzrə aliment borcundan 660 manat ödəniş etmişdir. Hazırda icra sənədi üzrə 4260 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Cəza çəkdiyi müddətdə alimentlə bağlı qətnamənin qəbul edilməsindən məlumatı olmamışdır. Azadlığa çıxdığı vaxtdan isə aliment ödənişlərini mütəmadi olaraq ödəyir. Belə ki, aliment borcundan may ayında 470 manat, iyun ayında 90 manat ödəniş etmişdir. Sonuncu dəfə isə 25 iyul 2022-ci il tarixdə aliment borcundan 100 manat ödəniş etmişdir. Məhkəmə iclasında isə yazılı ərizə təqdim edərək, aliment borcundan 10 gün müddətinə 200 manat və hər ay davamlı olaraq 200 manat ödəyəcəyinə dair söz vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirmişdir ki, borclu Şəxs 4260 manat aliment borcu yaranmışdır. Borclu tərəfindən ona hazırki vaxta qədər 660 manat ödəniş edilmişdir. Zərərçəkmiş şəxs həmçinin, məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs təklifi ilə razılaşır. Bununla bağlı məhkəməyə yazılı ərizə təqdim edərək bildirir ki, 10 gün müddətində aliment borcundan ödəniş etməyəcəyi halda borclu barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(040)-531/2019 nömrəli icra sənədindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qərar alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(040)-285/2020 nömrəli icra sənədindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(040)-531/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş, 120 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmış və Şəxs hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qərar alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. X2 tərəfindən Binəqədi Rayon İcra şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, borclu Şəxs 4260 manat aliment borcu yaranmışdır. Həmin borc məbləğinin borclu tərəfindən ödənilməsi üçün zəruri tədbirlər görülməsi xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, icra məmuru hal şahidləri ilə birgə borclu Şəxs yaşadığı Abşeron rayonu, Binəqədi şossesi, “Azəryol servis”in yataqxanası ünvanında olmuş, lakin borclunun yaşadığı yer müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, borclu xx.xx.1990-cı il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. Ədliyyə Nazirliyi PX-nin 16 saylı Cəzaçəkmə Müəssisəsinin 91 nömrəli arayışından görünür ki, borclu Xanışov X8 Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 ay 13 gün çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan e-manat ödəniş sistemi vasitəsi ilə ödənilən məbləğə dair qəbzlərdən və X2 tərəfindən yazılmış qəbzin surətindən görünür ki, borclu Şəxs ümumilikdə 660 manat aliment ödənişi etmişdir. X1 məhkəmə iclas zalında təqdim etdiyi ərizəsindən görünür ki, borclu Şəxs aliment borcunu ödəməsi üçün 10 gün müddət verərək, ərizəsinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Borclu Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, icra vərəqələrinə əsasən yaranmış aliment borcundan 10 gün müddətinə 200 manat və hər ay isə davamlı olaraq 200 manat ödəyəcəyinə dair söz vermişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(040)- 531/2019 nömrəli və xx.xx.2020-ci il tarixli, 2(040)-285/2020 nömrəli icra sənədləri üzrə yaranmış aliment borcu ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(040)- 531/2019 nömrəli və xx.xx.2020-ci il tarixli, 2(040)-285/2020 nömrəli icra sənədləri üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmədə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(040)-531/2019 nömrəli və xx.xx.2020-ci il tarixli, 2(040)-285/2020 nömrəli icra sənədləri üzrə xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi zamanı müəyyən olundu ki, borclu Xanışov X8 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə isə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 ay 13 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Borclu cəza çəkmə müddəti bitdiyi vaxtdan mütəmadi olaraq aliment ödənişlərini etmişdir. Belə ki, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq aliment borcundan hissə-hissə olmaqla, ümumilikdə 660 manat ödəniş etmişdir. Belə ki, onun tərəfindən may ayında 470 manat, iyun ayında 90 manat ödəniş edilmişdir. Sonuncu dəfə isə 25 iyul 2022-ci il tarixdə, yəni barəsində inzibati xəta haqqında protokol tərtib edilməzdən 1 həftə əvvəl aliment borcundan 100 manat ödəniş etmişdir. Eyni zamanda borclunun məhkəməyə təqdim etdiyi ərizəyə əsasən o, aliment borcundan 10 gün müddətinə 200 manat və hər ay mütəmadi olaraq 200 manat ödəniş edəcəyinə dair söz verir. Tələbkarın məhkəmə iclasında təqdim etdiyi ərizədən də görünür ki, o borclunun bu təklifi ilə razılaşaraq, 10 gün müddətində ödəniş etməyəcəyi halda onun barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədi üzrə olan aliment borcundan ödəniş etməsi onun tərəfindən borcun üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2309/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2309/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver