Məhkəmə qərarları › İş №3(001)-2317/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2317/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2317/2020 05.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3222/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X4 mülkiyyətində olan M.Ə.Rəsulzadə qəsəbəsi 2-ci Dağlıq küçəsi, 3223cü məhəllədə yerləşən torpaq sahəsində Şəxs MMC tərəfindən aparılan tikintinin dayandırılması qərara alınmışdır. İş üzrə borclu Şəxs MMC-nin direktoru X9 icra sənədinə əsasən tikinti işlərini dayandırmayaraq davam etdirmişdir. Qeyd olunanlara əsasən icra məmuru Asəm Əhmədov Şəxs MMC-nin direktoru X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon icra və probasiyası şöbəsinin icra məmuru Asəm Əhmədov məhkəmə prosesində verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən protokol tərtib edilərək Şəxs MMC-nin direktoru X9 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 1529/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs MMC-nin direktoru X9 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan tələbkar X7 şikayət vermiş, qərarın ləğv edilməsini və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə hüquqi şəxslər üçün nəzərdə tutulmuş inzibati cərimə məbləğində cərimələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə tələbkar X4 şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1529/2020 saylı, xx.xx.2020ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2232/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Eyni əmələ görə həm züquqi şəxsin həm də vəzifəli şəxsin cərimə olunmasını qanunsuz hesab etdiyi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2232/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından apellyasiya şikayəti verəcəklərini nəzərə alaraq işin hazırki məqamında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, eyni əməl üzrə Şəxs MMC hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunduğundan yenidən eyni əmələ görə xxx MMC-in direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 3222/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X4 mülkiyyətində olan M.Ə.Rəsulzadə qəsəbəsi 2-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsində Şəxs MMC tərəfindən aparılan tikinti dayandırılmalıdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 xx.xx.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs MMC-yə bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1529/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs MMC-nin direktoru X9 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, tələbkar X4 şikayəti qismən təmin edilərək, Şəxs MMC-nin direktoru X9 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (min iki) yüz manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1529/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-2232/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-2232/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 (üç min) manat miqdarında cərimə edildiyindən onun direktoru olan X9 barəsində eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərarın qəbul edilməsi İXM-nin 53.0.7-ci maddəsinin tələblərinə zidd olduğundan iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin direktoru X6 barəsindəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN №0390306 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar