Məhkəmə qərarları › İş №3(001)-2319/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2319/2020

01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2319/2020 01.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektor, polis leytenantı X1 tərəfindən Şəxs barəsində inzibati xətaya dair tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP №3445774 saylı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda barəsində icraat aparılan şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, barəsində protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilmədiyi üçün protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə məhkəməyə müraciət etsə də, inzibati xəta törədən şəxs Şəxs məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin sanksiyasında inzibati tənbeh növü kimi həm də inzibati həbs tənbeh tədbiri nəzərdə tutulduğundan hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib olunmuş protokola dərhal baxılmalıdır. Lakin o, məhkəməyə təqdim edilmədiyi üçün protokola dərhal baxılması mümkünsüzdür. Azərbaycan Respublikası İXM-in 109.1.6 maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən çatışmazlıqlar qaldırılmadan yəni, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs təqdim edilmədiyi üçün işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 420 və 422.3-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 geri qaytarılsın. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar