Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2321/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, «xxxxxxxxxxxxxx» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi Rayon Prokurorluğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün «xxxxxxxxxxxxxx» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin «xxxxxxxxxxxxxx» MMC-nin və İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon prokurorunun inzibati xəta haqqında icraatın başlanması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X5 küçəsinin bir qrup sakininin ərazidə yerləşən «xxxxxxxxxxxxx» MMC-nin servis yerlərindən axıdılan kanalizasiya və çirkab sularının yaşayış zonasında antisanitariya vəziyyəti yaratmasına dair «Oxu.az» internet portalında dərc olunmuş məqalədə göstərilən hallar əsasında Binəqədi rayon prokurorluğunda araşdırma aparılmışdır. İş materiallarına olan X2 izahatından görünür ki, 2008-ci ildən «xxxxxxxxxxxxxx» MMC-də icra direktoru vəzifəsində işləyir. İşlədiyi müəssisə mebel istehsalı ilə məşqul olur. Təxminən 2008-ci ildə istehsal prossesi ilə əlaqədar yaranan çirkab sularının axıdılması üçün müəssisə öz hesabına kanalizasiya xətti çəkmiş və çirkab suları həmin xətt vasitəsi ilə axıdılır. Lakin, sonradan yaxınlıqda yaşayan sakinlərin qeyd olunan kanalizasiya xəttinə MMC-nin razılığı olmadan qoşulmaları nəticəsində xəttdə həddindən artıq yükləmələr yarandığından çirkab suları ətraf əraziyə axmışdır. Həmçinin qeyd olunan ərazi çökəklik olduğundan və sakinlər tərəfindən daimi məişət tullantıları oraya atıldığından yağış sulları da ərazidə yığılıb qalır. Bir neçə dəfə müəssisə öz vəsaiti hesabına ərazini təmizələsə də sonradan yenidən əvvəlki vəziyyətinə düşmüşdür. «xxxxxxxxxxxxxx» MMC-nin icraçı direktoru İ.B.Kərimov həmçinin göstərmişdir ki, qeyd olunan MMC-nin yerləşdiyi ərazi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dövlət Əmlakının Reestr Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında dövlət reestrindən ******* seriya çıxarışına əsasən X1 məxsusdur və həmin ərazinin 2004-ci ilin dekabr ayında təsdiq olunmuş texniki pasportu vardır. Eyni zamanda MMC ilə «xxxxxx» ilə ASC-nin Binəqədi rayon Sukanal İdarəsi ilə 2014-cü ildən müqavilə bağlamış və mütəmadi olaraq ödənişlər olunur. Eyni zamanda kanalizasiya problemi ilə əlaqədar o dəfələrlə müxtəlif aidiyyəti orqanlara şifahi sürətdə müraciət etmişdir. Qeyd olunanlara əsasən, «xxxxxxxxxxxxxx» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərarın baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, çirkab tullantı sular Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ordubadi küçəsində yerləşən «xxxxxxxxxxxxxx» MMC-nin arxa hissəsi ilə yaxınlığındakı yaşayış evləri arasındakı sahədən keçən neft borusunun ətrafında küçə boyu axıdılır, kanalizasiya xəttindən axan çirkab suları yolun əks tərəfinə axaraq antisanitariya vəziyyəti yaradır. Məhkəmə hesab edir ki, «xxxxxxxxxxxxxx» MMC-nin inzibati xəta törətməsi iş materialları tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxxxxxxxxxxxx» MMC tərəfindən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasını ehtiva edən inzibati xəta törədilməsi müəyyən edilmişdir. Bununla da «xxxxxxxxxxxxxx» MMC-nin Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs «xxxxxxxxxxxxxx» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «xxxxxxxxxxxxxx» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2321/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2321/2020
03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver