Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2321/2022 17.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi Bayramov Tural Ural oğlunun katibliyi ilə «Termoclima N1” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 482.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün «Termoclima N1” MMC İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 00100-1197/22 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük idarəsinin “İpək Yolu” gömrük postundan daxil olan 34/024/012495 saylı, xx.xx.2022-ci il tarixli raporta əsasən, idxalçı Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 53AP272/53K1839 nömrəli nəqliyyat vasitəsində TPM**********055 saylı xx.xx.2022-ci il tarixli invoys üzrə daxil edilmiş və **********0340 saylı GB ilə bəyan edilmiş yükə xx.xx.2022-ci il tarixdə “İpək Yolu” gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı qeyd edilmiş GB-də bəyan edilmiş mallardan əlavə, mal-müşayiət sənədlərində göstərilməyən üzərində “Onur Plast”, “4419620” yazısı olan uzunluğu 2100 m, “4419625” yazısı olan uzunluğu 2000 m, “4419640”yazısı olan uzunluğu 500 m, “4419632” yazısı olan uzunluğu 1200 m olan kompozit borular, üzərində “O.F.S Onur Plast” “440325” yazısı olan 24000 ədəd, “4420332” yazısı olan 1000 ədəd Fitinqlər aşkar edilmişdir.İnzibati xətanın bilavasitə obyekti olan üzərində "Onur Plast” “4419620” yazısı olan uzunluğu 2100 m , “4419625” yazısı olan uzunluğu 2000 m, “4419640” yazısı olan uzunluğu 500 m, “4419632” yazısı olan uzunluğu -1200 m olan kompozit borular, üzərində “O.F.S Onur Plast” “440325” yazısı olan 24000 ədəd, “4420332” yazısı olan 1000 ədəd Fitinqlər yüklərinin qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xx-xx/003807 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Naziri iyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4461 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən inzibati xətanın bilavasitə obyekti olan üzərində “Onur Plast” “4419620” yazısı olan kompazit boruların uzunluğunun 1 metrinin qiyməti 1.15 manat olmaqla 2100 metrinin qiyməti 2415 manat, üzərində “Onur Plast” “4419625” yazısı olan kompozit boruların uzunluğunun 1 metrinin qiyməti 1.60 manat olmaqla 2000 metrinin qiyməti 3200 manat, üzərində “Onur Plast” “4419640” yazısı olan kompozit boruların uzunluğunun 1 metrinin qiyməti 2.60 manat olmaqla 500 metrinin qiyməti 1300 manat, üzərində “Onur Plast” “4419632” yazısı olan kompozit boruların uzunluğunun 1 metrinin qiyməti 4.50 manat olmaqla 1200 metrinin qiyməti 5400 manat, üzərində “O.F.S Onur Plast” “440325” yazısı olan fitinqin 1 ədədinin qiyməti 0.20 manat olmaqla 24 000 ədədinin qiyməti 4 800 manat, üzərində “O.F.S. Onur Plast” “4420332” yazısı olan fitinqin 1 ədədinin qiyməti 0.35 manat olmaq 1000 ədədinin qiyməti 350 manat müəyyən edilməklə ümumilikdə 17 465 manat təşkil etdiyi qeyd olunmuşdur.Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda malların ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 17 465 manat müəyyən edilmişdir. İnzibati orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «Termoclima N1” MMC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «Termoclima N1” MMC-nin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən İdarəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «Termoclima N1” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, «Termoclima N1” MMC barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 00100- 1197/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, idxalçı Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 53AP272/53K1839 nömrəli nəqliyyat vasitəsində TPM**********055 saylı xx.xx.2022-ci il tarixli invoys üzrə daxil edilmiş və **********0340 saylı GB ilə bəyan edilmiş yükə xx.xx.2022-ci il tarixdə “İpək Yolu” gömrük yoxlaması keçirilmişdir.Yoxlama zamanı qeyd edilmiş GB-də bəyan edilmiş mallardan əlavə, malmüşayiət sənədlərində göstərilməyən üzərində “Onur Plast”, “4419620” yazısı olan uzunluğu 2100 m, “4419625” yazısı olan uzunluğu 2000 m, “4419640”yazısı olan uzunluğu 500 m, “4419632” yazısı olan uzunluğu 1200 m olan kompozit borular, üzərində “O.F.S Onur Plast” “440325” yazısı olan 24000 ədəd, “4420332” yazısı olan 1000 ədəd Fitinqlər aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, idxalçı Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 53AP272/53K1839 nömrəli nəqliyyat vasitəsində TPM**********055 saylı xx.xx.2022-ci il tarixli invoys üzrə daxil edilmiş və **********0340 saylı GB ilə bəyan edilmiş yükə xx.xx.2022-ci il tarixdə “İpək Yolu” gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı qeyd edilmiş GB-də bəyan edilmiş mallardan əlavə, mal-müşayiət sənədlərində göstərilməyən üzərində “Onur Plast”, “4419620” yazısı olan uzunluğu 2100 m, “4419625” yazısı olan uzunluğu 2000 m, “4419640”yazısı olan uzunluğu 500 m, “4419632” yazısı olan uzunluğu 1200 m olan kompozit borular, üzərində “O.F.S Onur Plast” “440325” yazısı olan 24000 ədəd, “4420332” yazısı olan 1000 ədəd Fitinqlər aşkar edilmişdir. Bununla da «Termoclima N1” MMC-nin Azərbaycan Respublikası İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs «Termoclima N1” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «Termoclima N1” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (ümumilikdə 17 465 manat) 30 faizi miqdarında, yəni 5 239.50 (beş min iki yüz otuz doqquz manat əlli qəpik) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2321/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2321/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver