Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2322/2022 15.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qanuni təmsilçisi X1 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 482.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00100-1222/22 saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 00100-1222/22 saylı inzibati xəta haqqında protokola əsasən, Şəxsn ünvanına Türkiyədən 53AP272/53K1839 nömrəli nəqliyyat vasitəsində DOG**********233 saylı, xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və **********0266 saylı GB ilə bəyan edilmiş yüklərə xx.xx.2022-ci il tarixdə “İpək yolu” gömrük postunda gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı qeyd eilmiş Gömrük Bəyannaməsində bəyan edilmiş mallardan əlavə, mal-müşayiət sənədlərində göstərilməyən üzərində “Of Plast” “001005” yazısı olan 100 ədəd, “001006” yazısı olan 80 ədəd, “002005” yazısı olan 80 ədəd, “003013” yazısı olan 102 ədəd, “004016” yaısı olan 150 ədəd, “0019020” yazısı olan 5 ədəd, “006004” yazısı olan 150 ədəd, “007005” yazısı olan 56 ədəd, “008005” yazısı olan 110 ədəd, “008007” yazısı olan 70 ədəd, “008009” yazısı olan 80 ədəd, “008011” yazısı olan 60 ədəd, “019007” yazısı olan 40 ədəd, “019003” yazısı olan 90 ədəd dirsəklər yükü aşkar edilmişdir. Buna görə, Şəxs barəsində İXM-in 482.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs qanuni təmsilçisi X2 çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. İlk dəfədir ki, təmsilçisi olduğu cəmiyyət tərəfindən inzibati xəta törədilir. Qeyd etdiklərinin nəzərə alınaraq, maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilməyinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “yoxlama haqqında” xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, yoxlama zamanı 53AP272/53K1839 nömrəli nəqliyyat vasitəsində DOG**********233 saylı, xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və **********0266 saylı GB ilə bəyan edilmiş yüklərə xx.xx.2022-ci il tarixdə “İpək yolu” gömrük postunda gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı qeyd eilmiş Gömrük Bəyannaməsində bəyan edilmiş mallardan əlavə, mal-müşayiət sənədlərində göstərilməyən üzərində “Of Plast” “001005” yazısı olan 100 ədəd, “001006” yazısı olan 80 ədəd, “002005” yazısı olan 80 ədəd, “003013” yazısı olan 102 ədəd, “004016” yaısı olan 150 ədəd, “0019020” yazısı olan 5 ədəd, “006004” yazısı olan 150 ədəd, “007005” yazısı olan 56 ədəd, “008005” yazısı olan 110 ədəd, “008007” yazısı olan 70 ədəd, “008009” yazısı olan 80 ədəd, “008011” yazısı olan 60 ədəd, “019007” yazısı olan 40 ədəd, “019003” yazısı olan 90 ədəd dirsəklər yükü aşkar edilmişdir. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 17 iyul 2022-ci il tarixli qərarından görünür ki, 00100-1222/22 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırmanın aparılması müddəti 17 avqust 2022-ci il tarixinədək uzadılmışdır. “Məhkəmə əmtəəşünaslıq” ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4459 nömrəli rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda malların ümumilikdə xx.xx.2022-ci il tarixə bazar qiyməti, təxminən 9727,00 manat müəyyən edilmişdir. 22 iyul 2022-ci il tarixli 00100-1222/22 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İXM-in 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan iş materialları, yoxlama haqqında protokol, **********0266 saylı, xx.xx.2022-ci il tarixli Gömrük Bəyannaməsinin surəti, ekspert rəyi, həmçinin, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X1 etirafedici izahatı ilə müəyyən edilmişdir ki, Şəxs tərəfindən İXM-in 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən gömrük sərhədindən keçən malların düzgün bəyan edilməməsi iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, Şəxs İXM-in 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İXM-in 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən ilk dəfə inzibati xəta törədilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 482.2-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində, yəni 2918,10 (iki min doqquz yüz on səkkiz manat, 10 qəpik) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 9727.00 manat məbləğinin 30 (otuz) faizi miqdarında, yəni 2918,10 (iki min doqquz yüz on səkkiz manat, 10 qəpik) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2322/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2322/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver