Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2326/2021 16.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ermənistanın Razdan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, İİ qrup əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 16.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli, 2(001)-5083/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh Şəxs qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Şəxs 5950 (beş min doqquz yüz əlli) manat məbləğində vurulmuş ziyan tutularaq iddiaçı X3 ödənilməsi və iddia qismən təmin edildiyindən, iddiaçı X5 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 29%-i, yəni 9 (doqquz) manatı cavabdeh Şəxs tutularaq iddiaçıya ödənilməsi, qalan 71%-i, yəni 21 (iyirmi bir) manatı isə iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra 02.04.2019cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə dəvət edilmiş, sonuncu həmin tarixdə Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə gələrək icraata başlamaq haqqında qərarla tanış olmuşdur. Lakin Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli, 2(001)- 5083/2018 nömrəli qətnaməsini hazirki günə kimi icra etməmişdir. Görülmüş məcburi icra tədbirləri nəticəsində Şəxs mülkiyyətində “Volkswagen Passat CC” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 308 D” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 208DKA” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı və “Toyota Land- Cruiser” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması müəyyən edilmiş və onun tərəfindən verilmiş təqdimata əsasən sözügedən avtomobillərin üzərinə məhkəmənin qərarı ilə həbs qoyulmuşdur. Avtomobillərinin üzərinə həbsin qoyulması barədə məhkəmə qərardadları icra edilməsi üçün polis orqanlarına göndərilsə də, hazıradək sözü gedən avtomobilləri müəyyən edib tapmaq mümkün olmamışdır. Onun tərəfindən Şəxs dəfələrlə mülkiyyətində olan “Volkswagen Passat CC” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 308 D” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 208DKA” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı və “Toyota Land- Cruiser” markalı **-TU-*** avtomobilləri təqdim edilməsi və məhkəmə qətnaməsinin icra edilməsi tələb edilsə də, sonuncu icra məmurunun göstərişini icra etməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ikinci qrup əlildir. Odur ki, Şəxs qnuna müvafiq qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2018ci il tarixli, 2(001)-5083/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı X2 ona qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, ondan 5950 (beş min doqquz yüz əlli) manat məbləğində vurulmuş ziyan tutularaq iddiaçı X3 ödənilməsi və iddia qismən təmin edildiyindən, iddiaçı X5 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 29%-i, yəni 9 (doqquz) manatı ondan tutularaq iddiaçıya ödənilməsi, qalan 71%-i, yəni 21 (iyirmi bir) manatı isə iddiaçıya aid edilməsi qət edilmişdir. Belə ki, o borcu ödəməkdən yayınmır və Bakı şəhəri Binəqədi Məhkəməsinin qərardadı ilə onun adına olan avtomobilllərin üzərinə həbs qoyulmuşdur. Həmin avtomobilləri 5 ildən artıqdır ki, satmışdır. Bundan başqa hal hazırda işləmir, buna görə də, borcunu tam şəkildə ödəyə bilmir və borcunu hər ay 50-100 manat şəklində ödəyə bilər. Əməlindən peşmandır. Həmçinin ikinci qrup əlildir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs səmimi peşmançılığını və ikinci qrup əlil olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli, 2(001)- 5083/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh Şəxs qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Şəxs 5950 (beş min doqquz yüz əlli) manat məbləğində vurulmuş ziyan tutularaq iddiaçı X3 ödənilməsi və iddia qismən təmin edildiyindən, iddiaçı X5 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 29%-i, yəni 9 (doqquz) manatı cavabdeh Şəxs tutularaq iddiaçıya ödənilməsi, qalan 71%-i, yəni 21 (iyirmi bir) manatı isə iddiaçıya aid edilməsi qət edilmişdir. 02.04.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli, 8(001)-623/2019 nömrəli qərardadından görünür ki, icra məmurunun təqdimatı əsasında Şəxs mülkiyyətində olan “Volkswagen Passat CC” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.04.2019-cu il tarixli, 8(001)-619/2019 nömrəli qərardadından görünür ki, icra məmurunun təqdimatı əsasında Şəxs mülkiyyətində olan “Mercedes 208DKA” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli, 8(001)-620/2019 nömrəli qərardadından görünür ki, icra məmurunun təqdimatı əsasında Şəxs mülkiyyətində olan “Mercedes Benz 308 D” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli, 8(001)-621/2019 nömrəli qərardadından görünür ki, icra məmurunun təqdimatı əsasında Şəxs mülkiyyətində olan “Toyota Land-Cruiser” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. 16.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli, 2(001)- 5083/2018 nömrəli qətnaməsi üzrə icra vərəqəsini icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin portal çıxarışından görünür ki, Şəxs əlilliyə görə pensiya alır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən icra məmurunun qanuni tələbləri, eləcə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli, 2(001)-5083/2018 nömrəli icra sənədi üzrsüz səbəbdən icra etməmişdir. Ona görə də, məhkəmə Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, ikinci qrup əlil olmasını, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2326/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2326/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver