Məhkəmə qərarları › İş №3(001)-2328/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2328/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2328/2023 19.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi iştirakı ilə, X1 Binəqədi RPİ-in 6-cı PB-in xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə müraciət edərək, Binəqədi RPİ-in 6-cı PB-in xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən X4 şikayətini onunla əsaslandırmışdır ki, 2023-cü ilin may ayında ona məlum olmuşdur ki, guya xx.xx.2020-ci ildə saat 12:53-də Binəqədi rayonu ərazisində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta törətmiş və həmin inzibati xətaya görə 100 manat cərimə edilmişdir. Dərhal Binəqədi RPİ-in 6-cı PB-yə müraciət edərək protokolu və qərarı almışdır. Qeyd edir ki, həmin tarixdə Binəqədi rayonu ərazisində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta törətməmişdir, protokolun və qərarın hansı əsasla tərtib olunması ona məlum deyil. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi, Binəqədi RPİ-in 6-cı PB-in xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarı qəbul etmiş orqana və şikayət verən X2 məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə qərarı qəbul etmiş orqanın nümayəndəsinin və şikayət verən X1 iştirakı olmadan, işdə olan sübutlar əsasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Binəqədi RPİ-in 6-cı PB-in xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Binəqədi RPİ-in 6-cı PB-yə göndərilməli, qalan hissədə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 20 avqust 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru X3 həmin tarixdə X4 barəsində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə tərtib edilmiş eyni tarixli inzibati xəta haqqında protokol əsasında onun 100 (yüz) manat məbləğində cərimə edilməsi barədə qəbul edilmişdir. 20 avqust 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməlidir. Bundan əlavə, inzibati xəta haqqında protokolda Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə qeyd yoxdur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməmişdir, Protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə görə Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə görə Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən işə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir sıra tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü maddəsinə görə işə baxılarkən müəyyən edilmiş hallar inzibati tənbeh vermə haqqında qərarda göstərilməlidir. İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, qanunun bu tələbi pozulmuş, işə baxılarkən müəyyən edilmiş hallar inzibati tənbeh vermə haqqında qərarda göstərilməmişdir. Bundan başqa, X4 tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXMin 211.2-ci maddəsi ilə qayda pozuntusunun törədilməsi də kifayətedici aydınlıqla sübut edilmir. Səlahiyyətli orqan tərəfindən məhkəmədə inzibati xəta hadisəsinin birmənalı şəkildə sübuta yetirilməməsi onun tam əsaslılığına dair şübhələr yaradır. Qərarı qəbul etmiş orqan isə yaranmış şübhələrin aradan qaldırılması və inzibati xəta hadisəsinin mövcudluğuna dair hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzinati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, qayda pozuntusunun birmənalı şəkildə sübuta yetirilməməsinə görə onun tam əsaslılığına dair yaranmış şübhələr qanuna əsasən X1 xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmçinin qeyd edilməlidir ki, işə yenidən baxılarkən X1 iştirakı təmin edilməli, Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi halda bu halı təsdiq edən mötəbər sübutlar X1 iştirakı ilə tədqiq edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan əsaslı qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Binəqədi RPİ-in 6-cı PB-in xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Binəqədi RPİ-in 6-cı PB-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar