Məhkəmə qərarları › İş №3(001)-2332/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2332/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2332/2021 17.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının, sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında haqqında icraat aparılan şəxs (borclu) Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X4, zərər çəkmiş şəxs (tələbkar) X3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında haqqında icraat aparılan şəxs (borclu) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən 16.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. X1 məhkəmə iclasında ərizə ilə müraciət edərək, bildirmişdir ki, Binəqədi rayon Məhkəməsinin 2(001)5683/2020 saylı, 02 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 6 567 manat alınaraq ona verilməsi qət edilmişdir. Belə ki, həmin borc məbləğindən 1800 manat pul şəklində 2021-ci ilin mart ayında ona ödənilmişdir.Qalıq 4767 manatı isə 16 iyun 2021-ci il tarixdə ona əmlak şəklində ödənilmiş və bununla da icra sənədi üzrə tələbi tam şəklində təmin edilmişdir. Bununla bağlı Şəxs barəsində tərtib edilmiş inzibati protokolu geri qaytarılmasını xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X7 məhkəmə iclasında ərizə ilə müraciət edərək Şəxs borc məbləğini ödədiyi üçün protokolun baxılmadan geri qaytarılmasını xahiş edir. Belə ki, icra sənədi üzrə X1 şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. İcra haqqında qanunun 23.1, 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 16.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 16.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar