Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2333/2023 22.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X5 iclas katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhilli, subay, taksi fəaliyyəti ilə məşğul olan ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola və iş materiallarına əsasən müəyyən olunur ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:00-da idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan “Opel Astra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və həmin avtomobilin sürücüsü X4 ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurmaya dair bədən xəsarəti alması, eləcə də X3 idarə etdiyi “Daewoo-Gentra” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ böyrünə idarə etdiyi avtomobilin sol böyrü ilə çırpılması nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs çıxış edərək, təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq onun barəsində yüngül inzibati təbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs və Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Belə ki, həmin qərardan görünür ki, Şəxs məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, hadisə baş verməmişdən təxminən 2 gün əvvəl "Uber" şirkətinə taksi sürücüsü işinə düzələrək həmin vaxtdan "Toyota Prius (Hibrid) minik" markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı tünd göy rəngli avtomobili etibarnamə ilə idarə edir. Avtomobili adına olan “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. 28 dekabr 2022-ci il tarixdə saat 18:00 radələrində Atatürk prospektindən müştərini götürərək onu Abşeron rayonu, Xırdalan şəhərinə çatdırmaq üçün Binəqədi rayonu, M.Cəlal küçəsi ilə üzü Bakı-Sumqayıt şossesi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt avtomobildə ondan başqa adını bilmədiyi sərnişin olmuşdur, başqa hər hansı bir sərnişin və ya yük olmamışdır. Hərəkətdə olduğu Mir Cəlal küçəsində nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli idi. "Safa Store" marketin yaxınlığında işıqforun qırmızı siqnalı yandığından qarşında hərəkət edən "Opel" markalı avtomobil anidən dayandığından və aralarında ki, məsəfə az olduğu üçün ehtiyatsızlıqdan avomobilin qabaq buferin sağ hissəsi ila qarşında olan "Opel" markalı atomobilin arxa buferin sol hissəsinə toxunmuşdur, nəticədə "Opel” markalı avtomobilin buferi cüzi zədələndiyindən həmin avtomobili sürən şəxs avomobildən çıxıb çox aqressiv formada ona yaxınlşaraq söyüb-təhqir etməyə başlayıb onu vuracağı ilə hədələmişdir, ondan qorxduğundan avtomobilini sağ tərəfə verib marketin qarşısında saxlamağına baxmayaraq həmin şəxs yenədə yanına yaxınlaşıb onunla mübahisə etməyə davam edib yaxasından tutub bir neçə dəfə sifət nahiyəsindən yumruqu ilə vurmuşdur, onun əlindən canını qurtarmaq üçün avtomobilini arxaya verib, sonra qabağa üzü Bakı-Sumqayıt şossesi istiqamətində hərəkət etməyə başladığı zaman işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan "Daewoo" markalı ağ rəngli avtomobili sağ böyründən vuraraq bir neçə metr qabağa sürüb avtomobilini saxlayıb hadisə yerinə qayıtmışdır. Həmin vaxtı "Opel'in sürücüsünün öz avtomobilində əyləşdiyini görərək ona yaxınlaşdığda, həmin şəxs avtomobildən çıxıb ona yaxınlaşaraq bir dəfə yumruqu ilə burun nahiyəsindən vurmuşdur, bundan sonra qorxduğundan avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşıb yoluna davam edərək sərnişini mənzil başına çatdırmışdır. Sonradan ona məlum olmuş ki, həmin faktla bağlı Binəqədi RPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır, buna görə polisin dəvəti ilə idarəyə gələrək izahatını yazmışdır. Hadisə baş verən günü 28 dekabr 2022-ci il tarixdə heç bir spirtli içki və ya digər vasitə qəbul etmədiyini, avtomobili texniki pasport, sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyini, "Opel" markalı avtomobilin sürücüsünün bir neçə dəfə onu sifət nahiyəsindən vurması nəticəsində burun nahiyəsindən xəsarət aldığını qeyd etmişdir. Belə ki, həmin qərardan görünür ki, X6 məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, təxminən 5-6 ildir ki, özünə məxsus oğlu X1 adına olan "Daewoo-Gentra" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili etibarnamə ilə idarə edir. Avtomobili adına olan “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. 28 dekabr 2022-ci il tarixdə saat 18:00 radələrində işdən çıxıb yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə getmək üçün 9-cu mikrorayon, Mir Cəlal küçəsi ilə üzü Bakı-Sumqayıt şossesi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt avtomobildə ondan başqa sərnişin və ya yük olmamışdır. Hərəkətdə olduğu Mir Cəlal küçəsində nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli idi. "Safa Store" marketin yanında olan işıqforun qırmızı siqnalında dayanmış vəziyyətdə olarkən marketin qarşısında olan dayanmış vəziyyətdə arxaya hərəkət etməyə başlayan "Toyota- Prius" markalı avtomobil sağ böyründən keçən zaman həmin vaxtı bir nəfər piyadanı vurub üstündən keçərək daha sonra avtomobilin sağ hissəsinə dəyib yoluna davam edib qabaqda yanacaqdoldurma məntəqəsinə çatmamış, yolun ortasında dayanıb avtomobildən çıxıb vurduğu piyada və onun yanına tərəf yaxınlaşmışdır, lakin onunla danışa bilməmişdir, sürücü xəsarət almış piyadanında yanına yaxınlaşıb söhbət edəndən sonra idarə etdiyi avtomobilinə əyləşib üzü Xırdalan dairəsi istiqamətində çıxıb getmişdir. Bundan sonra 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, lakin polislərin gəlməyini gözləmədən çıxıb getmişdir, bir neçə dəqiqədən sonra ona Binəqədi RPİ-nin əməkdaşları zəng edərək idarəyə dəvət etmişlər və o, özünə və avtomobilinə aid bütün zəruri sənədləri götürüb Binəqədi polisinə yaxınlaşıb izahatını yazmışdır. "Toyota- Prius" markalı avtomobilin sürücüsünün özünü qeyri-adekvat aparılmasında onun hanısısa güclü vasitələrin təsiri altında olması onda şübhələr yaratmışdır. Hadisə baş verən günü 28 dekabr 2022-ci il tarixdə heç bir spirtli içki və ya digər vasitə qəbul etməmişdir. Avtomobili texniki pasport, sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyini, hadisə zamanı heç bir xəsarət almadığını və məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməkdən imtina etdiyini, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona 500 manata yaxın maddi ziyanın dəydiyini qeyd etmişdir. Həmçinin həmin qərardan görünür ki, X8 məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, 2007-ci ildən özünə məxsus X2 adına olan "Opel-Astra" markal **-CL-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili etibarnamə ilə idarə edir. Avtomobili adına olan «B C» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. 28 dekabr 2022-ci il tarixda saat 18:00 radələrində "Əcəmi” metrosunun yaxınlığından çıxıb yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmək üçün Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi ilə üzü Bakı-Sumqayıt şossesi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt avtomobildə ondan başqa sərnişin və ya yük olmamışdır. Hərəkətdə olduğu Mir Cəlal küçəsində nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli idi. "Safa Store" marketin yanında olan işıqforun qırmızı siqnalı yandığı üçün avtomobili saxladığından qəfildən arxadan gələn "Toyota- Prius" markalı taksi avtomobili qabaq buferin sağ hissəsi ilə idarə etdiyi avtomobilin arxa buferin sol hissəsinə toxunduğundan, avtomobildən çıxıb bufera baxmışdır, buferin çatladığını görərək sürücüdən avtomobilin buferini təmir etməyi xahiş etmişdir, lakin sürücü pulu olmadığını ona dediyindən, yol polisinə və sığortaya məlumat verməyi ondan tələb etmişdir. Həmin şəxs avtomobilini "Safa Store" marketin qarşısında saxlayandan sonra ona yaxınlaşıb bir daha avtomobili təmir etməyi tələb etmişdir, həmin şəxs isə dediklərinə əməl qoymayaraq avtomobilini hərəkətə gətirib arxaya verib daha sonra qabağa hərəkət etməyə başladığından həmin vaxtı işıqforun yanında olan "Daewoo- Gentra" markalı avtomobili sağ böyründən vurmuşdur. Həmin vaxtı yıxılaraq qeyd etdiyi iki avtomobilin arasında qalaraq sıxılmışdır. "Toyota-Prius" markalı avtomobilin sürücüsü isə hərəkətinə davam edərək qabağda yanacaqdoldurma məntəqəsinə çatmamış yolun ortasında avtomobilini saxlayıb yanına qayıdaraq nə baş verdiyini ondan soruşmuşdur, o, isə əsəbindən əli ilə onu sifət nahiyəsindən itələyərək çıxıb getməyi ona demişdir. Həmin "Daewoo-Gentra" markalı avtomobilin sürücüsü hadisə barədə 102 xidmətinə məlumat vermişdir, o, isə ağrıdığından avtomobilinə əyləşərək evinə çıxıb getmiş və 30 dekabr 2022- ci il tarixdə 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra ona Binəqədi RPİ-dən zəng edərək izahat vermək üçün polisə dəvət etmişlər. Hadisə anında hava küləksiz və yağmursuz idi, yol örtüyü isə asfalt-beton olmaqla quru idi. "Toyota- Prius" markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs izahatında göstərdiklərin yalan olduğunu, ümumiyyətlə onu söymədiyini, yumruqu ilə vurmadığını, heç bir xəsarət yetirmədiyini, hadisə baş verən günü 28 dekabr 2022-ci il tarixdə heç bir spirtli içki və ya digər vasitə qəbul etmədiyini, avtomobili texniki pasport, sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyini, hadisə zamanı sağ qabırğa nahiyəsindən xəsarət aldığını, məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmək istədiyini, ona təxminən 100-120 manata yaxın maddi ziyanın dəydiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş həmin qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 13 yanvar 2023-cü il tarixli 5 saylı ekspertiza rəyindən görünür ki, vət. C.K. Vəliyevin bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sağ və sol yarısının, sağ diz oynağı nahiyəsinin qançırları, sol diz oynag nahiyəsinin sıyrıqları, sol Vİİ qabırğanın yerdəyişməyən sınığı bark küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Vətəndaş C.K. Vəliyevin bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərərçəkənin təsvir etdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin C.K.Vəliyevi vurması nəticəsində əmələ gələ bilməsi mümkündür. İş materiallarına əlavə olunmuş həmin qərardan görünür ki, “Məhkəmə Tibbi Ekspertiza və X7" PHŞ-dən alınmış məktubdan görsənir ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi "Məhkəmə-tibbi ekspertiza və X7" X12 Binəqədi rayon şöbəsində məhkəmə- tibbi müayinədən keçirilməmişdir. Protokolu və ona əlavə edilmiş materialları araşdırılaraq hesab edirəm ki,Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 18.00 radələrində idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətmişdir. Şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığınını, zərərçəkiş şəxsin şikayətçi olmamasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, habelə onun cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2333/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2333/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver