Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2336/2021 02.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon X5 Şöbəsinin nümayəndəsi Nümayəndə Hadi oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs MMC, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 189, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 25.05.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət mülkiyyətində və ya istifadəsində olan «X6 Rover Sport» minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı (01.04.2021-ci il, saat 14:24) idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin bu barədə 21.04.2021-ci il tarixli sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon X5 Şöbəsinin nümayəndəsi Nümayəndə Hadi oğlu bildirmişdir ki, 01.04.2021-ci il tarixdə Şəxs MMC-nin balansında olan “X6 Rover Sport” minik markalı, **-AE-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozulmuşdur. Bununla bağlı Bakı şəhəri Binəqədi rayon X5 Şöbəsi tərəfindən Şəxs MMC-yə inzibati xəta törətmiş şəxs barəsində məlumat verilməsinə dair sorğu göndərilmiş, sorğu Şəxs MMC-nin əməkdaşı “Orucov” soyadlı şəxs tərəfindən 21.04.2021-ci il tarixdə qəbul edilmişdir. Lakin sorğuya cavab verilmədiyi üçün Binəqədi DYPŞ-də inzibati icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa 03.03.2021-ci il tarixdə Şəxs MMC tərəfindən sürücülər barədə məlumat Binəqədi DYPŞ-nə göndərilməmişdir, göndərildiyi təqdirdə Şəxs MMC-yə bu barədə Binəqədi DYPŞ tərəfindən 21.04.2021-ci il tarixdə sorğu göndərilməzdi. Ona görə də, Şəxs MMC-in inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, o, Şəxs MMC-nin direktoru müavini vəzifəsində işləyir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 21.04.2021-ci il tarixli sorğusu MMC-nin mühəndis vəzifəsində işləyən Kənan Orucov tərəfindən qəbul edilmiş, lakin sorğu ona təqdim edilməmişdir. Lakin 28.10.2020-ci il tarixli məktubla Şəxs MMC-yə məxsus “X6 Rover Sport” minik markalı, **-AE-*** nömrəli dövlət qeydiyyat nişanlı maşının sürücüsü barədə məlumatı Şəxs MMC-nin sürücüsü şəxsən Bakı şəhəri Binəqədi rayon X5 Şöbəsində işləyən “Musa” adlı şəxsə təqdim etmişdir. Bundan başqa 03.03.2021-ci il tarixdə yenidən Bakı şəhəri Binəqədi Rayon Dövlət X4 MMC-nin sürücüləri barədə məlumat vermişlər. 07.06.2021-ci il tarixdə yenidən Şəxs MMC-yə məxsus avtomobillər və onların sürücüləri barədə məlumat vermişlər. Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyi halda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə etiraz etmirik. O, Bakı şəhəri Binəqədi rayon Dövlət X4 28.10.2020 və 03.03.2021-ci il tarixlərdə məlumat verdiyi üçün Şəxs MMC barəsində inzibati xəta hadisəsinin törədilməsinə dair protokolu əsassız hesab edir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC mülkiyyətində və ya istifadəsində olan «X6 Rover Sport» minik markalı **-AE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 01.04.2021-ci il tarixdə, saat 14:24-də Üzeyir Hacıbəyovla K.Səfərəliyeva küçəsinin kəsişməsində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan bildirişdən və onun ünvan sahibinə 21.04.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilməsini təsdiq edən qəbzdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi hüquqi şəxs Şəxs MMC-yə müraciət edərək, mülkiyyətində və ya istifadəsində olan «X6 Rover Sport» minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. 28.10.2020-ci və 03.03.2021-ci il tarixlərdə Şəxs MMC-yə məxsus avtomobillər və onların sürücüləri barədə məlumatların Bakı şəhəri Binəqədi rayon Dövlət X4 verilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədi. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2336/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2336/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver