Məhkəmə qərarları › İş №3(001)-2339/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2339/2022

01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2339/2022 01.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis idarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə X1 Bakı şəhəri Binəqədi Rayon Dövlət X14 polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Binəqədi Rayon Dövlət X14 polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, barəsində tərtib edilmiş protokol əsassızdır.Belə ki, «Kamaz» markalı avtomobil onun avtomobilini sol arxa tərəfdən vuraraq onun idarə etdiyi avtomobili yoldan çıxartmış və nəticədə onun avtomobili işıq dirəyinə dəymiş və avtomobilinə xeyli ziyan dəymişdir. Lakin polis əməkdaşı onun barəsində əsassız olaraq AR İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq şikayətçi Tural Kazımov onun barəsində tərtib edilmiş protokolun əsassız olduğundan həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmə xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayətdə göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunmasını, Bakı şəhəri Binəqədi Rayon Dövlət X14 polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis idarəsinin etibarnamə üzrə nümayəndəsi X6 şikayət əsassız olduğundan şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Dövlət X14 polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarına əsasən məlum olur ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı ona inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir.Həmçinin, Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir.Məhkəmə baxışı zamanı inzibati orqanın nümayəndəsi - barəsində protokol tərtib edilmiş X4 əməlində inzibati xətanın olmasını məhkəmə istintaqında sübut edə bilməmişdir, halbuki sübut etmə vəzfəsi bu halda inzibati orqanın üzərinə düşür.Həmçinin, inzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxeminə, tərəflərin izahatlarına və digər iş materiallarına əsasəndə X4 İXM-nin 327.1ci maddəsinin tələbini pozduğu qənaətinə gəlmək mümkün deyildir.Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə cərimələnməsi barədə Bakı şəhəri Binəqədi Rayon Dövlət X14 polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Dövlət X14 polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar