Məhkəmə qərarları › İş №3(001)-2371/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2371/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2371/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2024-cü il tarixdə Polisin qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərmişdir. Buna görə də, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək, xx.xx.2024-cü il saat 22:10 radələrində Binəqədi rayonu, R.Allahverdiyev küçəsində qonaq getdiyi ünvanda qapıya çatdıqda bir yol patrul xidməti avtomobili ona yaxınlaşaraq içkili olub-olmadığının yoxlanmalı olduğunu, o isə öz növbəsində oruc tutduğunu və içki içmədiyini, orucu təzə açdığını qeyd etmişdir. Polis əməkdaşı ona “bizə işimizi öyrədirsən?” deyə iradını bildirmiş, sənədlərini təqdim etməsini tələb etmişdir. Texniki pasportun yanında olmadığını, sürücülük vəsiqəsinin isə evdə qaldığını qeyd edərək portaldan müəyyən edə biləcəklərini bildirmişdir. Polis əməkdaşı ona “bu dəqiqə qaz balonuyla səni vuracam” deyə hədə-qorxu gəlmiş, o isə cavab olaraq “vur görək necə vurursan?” deyə bildirmiş, digər polis əməkdaşı çağıraraq onun belindəki kəmərdən tuttaraq maşına əyləşdirirb polis bölməsinə gətirmişdirlər. O bildirmişdir ki, çoxlu narkoz qəbul etmişdir. 2 dəfə ürək əməliyyatı keçirtmişdir. Bu səbəbdən əsəblərinin pozulduğunu, özünü təqsirli bilmədiyini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir.Bu səbəbdən onun barəsində məhkəmədən inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol polis şöbəsi yol patrul xidməti inspektoru,polis serjantı X3 ifadəsində qeyd etmişdir ki, Şəxs sənədlərini təqdim etməyib,”siz kimsiz gedin işinizlə məşğul olun” deyərək onlara qarşı nalayiq ifadələr işlədərək xidməti fəaliyyətlərinə maneəçilik törətmişdir. Bütün bunları nəzərə alaraq sürücü barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs barəsində ilk dəfə AR İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs inzibati qaydada tutulmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar