Məhkəmə qərarları › İş №3(001)-2372/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2372/2022

08.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2372/2022 08.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X2 və Bakı şəhəri Binəqədi DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tələbə, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 28 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 511.1.3 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-cı Polis Bölməsi və Bakı şəhəri Binəqədi DYPŞ-si tərəfindən Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00-da H.Babaşov 4-də yerləşən “Heydər” məscidində “Aşura” mərasim ilə əlaqədar keçirilən dini tədbir zamanı “Chevrolet Cruze” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs insanlar arasında təşviş yaradaraq qəsdən avtomobili surətlə idarə etmiş və avtoxuliqanlıq hərəkətləri etmişdir. Nəticədə sürücü Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00-da H.Babaşov 4-də yerləşən “Heydər” məscidində “Aşura” mərasim ilə əlaqədar keçirilən dini tədbir zamanı “Chevrolet Cruze” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs insanlar arasında təşviş yaradaraq qəsdən avtomobili surətlə idarə etmiş və avtoxuliqanlıq hərəkətləri etmişdir. Eyni zamanda polis əməkdaşlarının Şəxs avtoxuliqanlıq hərəkətlərini dayandırması üçün saxla əmrinə sonuncu tabesizlik göstərmişdir. Polis əməkdaşları tərəfindən sürücü Şəxs saxlanılaraq 7-ci Polis Bölməsinə gətirilmişdir. Bölmədə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə “Heydər” məscidinin yaxınlığında “Chevrolet Cruze” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtoxuliqanlıq hərəkəti edərkən polis əməkdaşları onu görmüş və avtomobili saxlamağını tələb etmişlər. O, həyəcan keçirdiyi üçün avtomobili saxlamamış, ev istiqamətində sürmüşdür. Evdə olarkən polis əməkdaşları onu aparmağa gələrkən tabesizlik göstərməmiş, nənəsinin vəziyyəti pisləşdiyindən sonuncularının tələblərini dərhal icra edə bilməmişdir. Eyni zamanda polis əməkdaşlarının üzərinə avtomaşınını sürməmiş, bununla bağlı anlaşılmazlıq olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır və məhkəmədən tələbə olmasının nəzərə alınmaqla barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikasının DİN-ə bilavasitə tabe olan X9 Alayının Patrul bölüyü polis nəfəri, polis serjantı X1 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00-da H.Babaşov 4-də yerləşən “Heydər” məscidində “Aşura” mərasim ilə əlaqədar keçirilən dini tədbri zamanı “Chevrolet Cruze” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs insanlar arasında təşviş yaradaraq qəsdən avtomobili surətlə idarə etmiş və avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla bağlı onlar dərhal 7-ci PB-nin Növbətçi Hissəsinə məlumat vermişlər. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-cı Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00-da H.Babaşov 4-də yerləşən “Heydər” məscidində “Aşura” mərasimi ilə əlaqədar keçirilən dini tədbri zamanı “Chevrolet Cruze” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs insanlar arasında təşviş yaradaraq qəsdən avtomobili surətlə idarə etmiş və avtoxuliqanlıq hərəkətləri etmişdir. Onlar öz növbəsində avtomobilə yaxınlaşaraq sürücüdən səbəbi soruşmaq istədikdə vətəndaş avtomobili onlara tərəf sürərək oradan uzaqlaşmışdır. Bununla bağlı onlar dərhal 7-ci PB-nin Növbətçi Hissəsinə məlumat vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportlardan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün 7-ci Polis Bölməsinə gətirilmişdir. xx.xx.2022-ci il tarixli, AZA 018935 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 avqust 2022-ci il tarixdə inzibati qaydada tutulmuşdur. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Chevrolet Cruze” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 511.1.3 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası Şəxs həbsdən azad edilməsi hissəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar