Məhkəmə qərarları › İş №3(001)-2381/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2381/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2381/2022 07.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi X2 iclas katibliyi, Barəsində icraat aparılan hüquqi şəxs «Ə.D.Məlikov adına X9» X6 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, «Ə.D.Məlikov adına X9» X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 538.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün «Ə.D.Məlikov adına X9» X6 İXM-nin 538.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, 08 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Xəstəxanada ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikləri ilə yerinə yetirilməsi aşkar edilmişdir.Bununla da, «Ə.D.Məlikov adına X9» X14 tərəfindən Azərbaycan Respublikası İXM-in 538.1-ci maddəsinin tələbləri pozulmuşdur.Ona görə də, 08 avqust 2022-ci il tarixdə «Ə.D.Məlikov adına X9» X14 barəsində MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən “Ə.D.Məlikov adına X9" X12də ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyəti düzgün yoxlanılmamış, Qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı məsləhətçi X5 və Azərbaycan Metrologiya İnstutunun baş metroloqu X3 tərəfindən Dövlət xidmətinin xx.xx.2022- ci il tarixli DMN-09/2022 nömrəli Qərarına əsasən "Ə.D.Məlikov adına X9" X12də ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyəti yoxlanılan zaman ümumilikdə 102 (yüz iki) ədəd ölçmə vasitəsinin yoxlamadan keçirilmədiyi barədə akt tərtib edilmişdir.Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş “Ə.D.Məlikov adına X9” X12də yoxlamadan keçirilməmiş ölçmə vasitələrinin siyahısına nəzər yetirdikdə, nasaz vəziyyətdə (təmirə ehtiyacı olan) olması ilə əlaqədar istifadə edilməyən ölçmə vasitələrinin siyahıda qeyd olunduğu görülməkdədir.Hansı ki, təmirə ehtiyacı olan ölçmə vasitələr barəsində onların işlək vəziyyətdə olmadıqları ilə bağlı tərəflərindən yoxlamalar həyata keçirilmədən öncə müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Qanununun 12.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Qanunun tələbindən də göründüyü kimi, təmirə ehtiyacı olan ölçmə vasitələrinin dövri yoxlaması həmin vasitələrin istismar prosesində həyata keçirilir.Buna baxmayaraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən yoxlamalar həyata keçirilən zaman bu hal nəzərə alınmamış və nasaz vəziyyətdə olduğuna görə istismar olunmayan ölçmə vasitələri də yoxlamadan keçirilməyən vasitələr siyahısına əlavə olunmuşdur.Eyni zamanda bildirmişdir ki, xəstəxanaya müraciət edən vətəndaşlara fasiləsiz tibbi xidmətlərin göstərilməsi məqsədilə yuxarıda qeyd olunmuş nasaz vəziyyətdə olan ölçmə vasitələrinin yerinə həmin cihazların təmiri başa çatanadək müvəqqəti olaraq gətirilmiş “Ə.D.Məlikov adına X9” X12 inventarında (balansında) olmayan ölçmə vasitələri də yoxlamadan keçirilməyən vasitələr siyahısına əlavə olunmuşdur.Nəticə etibarilə, “Ə.D.Məlikov adına X9” X15ə məxsus olmayan, əhaliyə yüksək səviyyədə tibbi xidmətlərin təmin olunması məqsədilə müvəqqəti olaraq xəstəxanada istismar olunan ölçmə vasitələrinin də tərəflərindən yoxlanışlardan keçirilməsi tələb olunmuşdur.Lakin, xəstəxananın inventarında (xəstəxanaya məxsus olmayan) olmayan ölçmə vasitələrinin tərəflərindən attestasiya olunması qeyrimümkündür.Bütün bunları nəzərə alaraq, o, məhkəmədən inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, buna baxmayaraq, protokolu tərtib edən İdarənin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Lakin xx.xx.2022-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən nümayəndə X8 bildirmişdir ki, barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin fikirləri ilə razı deyildir, belə ki, dövlət müəssisəsinin bütün inventarı eyni anda təmirə göndərilə bilməz.Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün «Ə.D.Məlikov adına X9» X6 İXM-nin 538.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, 08 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsaslı olduğundan «Ə.D.Məlikov adına X9» X15 barəsində AR İXM-nin 538.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, «Ə.D.Məlikov adına X9» X14 barəsində tərtib olunmuş protokolu əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 08 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və yoxlama aktından görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Xəstəxanada ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikləri ilə yerinə yetirilməsi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-nin 538.1-ci maddəsinə əsasən Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan «Ə.D.Məlikov adına X9» X14 ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilmmiş yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikləri ilə yerinə yetirilmişdir.Bununla da «Ə.D.Məlikov adına X9» X12 Azərbaycan Respublikası İXM-in 538.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs «Ə.D.Məlikov adına X9» X14 barəsində Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «Ə.D.Məlikov adına X9» X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3 000 (üç min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar