Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2383/2021 07.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi Bayramov Tural Ural oğlunun katibliyi və Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində AP № ******* saylı, 03.04.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə sənəd təqdim edərək izahatında göstərdi ki, təmsil etdiyi MMC-yə Bakı şəhəri Binəqədi Polis İdarəsinin X4 Şöbəsindən “TOYOTA CAMRY” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törədildiyindən həmin şəxs barəsində məlumat verilməsinə dair sorğuya vaxtında cavab verilmişdir.Belə olan halda təmsil etdiyi Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi əmələ gəlmir.Bununla belə, hal-hazırda həmin nəqliyyat vasitəsinin cərimələri ödənilmişdir. İnzibati Protokol tərtib etmiş orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, İnzibati Protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə İnzibati Protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə hesab edir ki, təqdim olunmuş sənədlərdən də görünür ki, sorğuya vaxtında cavab verilmişdir və hazırkı məqamda Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olması qənaətinə gəlmək mümkün deyildir ki, belə olan halda iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AP № ******* saylı, 03.04.2021-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs MMC-yə nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.Belə ki, iş materiallarında olan cavab məktubuna və həmin məktubun göndərilməsinə dair poçt sənədinə əsasən məlum olur ki, Şəxs MMC Bakı şəhəri Binəqədi Polis İdarəsinin X4 Şöbəsindən “Toyota Camry” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törədildiyindən həmin şəxs barəsində məlumat verilməsinə dair sorğuya vaxtında cavab verilmişdir.Belə ki, iş materiallarında olan poçt qəbzinə əsasən məlum olur ki, sorğu MMC tərəfindən 16 mart 2021-ci il tarixdə qəbul edilmiş, həmin soğuya MMC tərəfindən 18 mart 2021-ci il tarixdə, yəni 3 gün ərzində cavab verilmişdir.Belə olan halda təmsil etdiyi Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi əmələ gəlmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2383/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2383/2021
07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver