Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2391/2021 09.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, "Kənan-SN” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs «Kənan-SN” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən hüquqi şəxs "Kənan-SN” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə tərtib edilmiş AP seriyalı, № ******* saylı, 30 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 10.03.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı qanunla müəyyən edilmiş müddətdə göndərməmişdir. Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə işə baxılmasının yeri və müddətinin Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 vaxtında bildirilməsi barədə işdə məlumat olduğunu və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmadığını nəzərə alıb, işə Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən «Kənan-SN” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahatında bildirdi ki, "Kənan-SN” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində “Daevoo BS 090 avtobus” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yoxdur. Həmin Nəqliyyat vasitəsinin 30 iyun 2021-ci tarixli müqaviləyə əsasən "xxxx"MMC tərəfindən icarəyə götürülmüşdür. Həmçinin Binəqədi Rayon Polis İdarəsi Dövlət X5 tərəfindən "Kənan-SN” Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd olunan nəqliyyat vasitəsi barəsində sorğu göndərilməmişdir. Buna görə də "Kənan-SN” MMC barəsində AP seriyalı, № ******* saylı, 30 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokolu əsassız hesab edərək icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs "Kənan-SN” MMC mülkiyyətində olan “Daevoo BS 090 avtobus” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 18.01.2021-ci il, saat 08:30-da Ə.Vəliyev küçəsi ilə Qara.Qarayev küçəsinin kəsişdiyi körpü istiqamətində hərəkətdə olarkən avtomobili texniki baxışdan keçirmədən idarə etmiş və buna görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan bildirişdən və onun ünvan sahibinə 10.03.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilməsini təsdiq edən qəbzdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi hüquqi şəxs "Kənan-SN” MMC-yə müraciət edərək, mülkiyyətində olan “Daevoo BS 090 avtobus” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı (18 yanvar 2021-ci -cu il, saat 08:30-da) idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, qanun nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə yalnız fiziki şəxslər üçün deyil, həm də hüquqi şəxslər üçün müəyyən etmişdir. Başqa sözlə, mülkiyyətində avtonəqliyyat vasitəsi olan hüquqi şəxslər də nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə məsuliyyət daşıyırlar. İşin təsvir edilmiş hallarından görünür ki, “Daevoo BS 090 avtobus” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hüquqi şəxs "Kənan-SN” MMC-in mülkiyyətindədir. Mülkiyyətində həmin avtonəqliyyat vasitəsi olan hüquqi şəxs «Kənan-SN” MMC nəqliyyat vasitəsini texniki baxışdan keçirməməklə qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş) törətdiyi halda, Bakı şəhəri Binəqədi rayon X6 İdarəsi hüquqi şəxs "Kənan-SN” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə, avtonəqliyyat vasitəsini idarə etmiş sürücü barədə protokol tərtib etmək üçün sürücü haqqında məlumat istəmişdir. Halbuki, hüquqi şəxsin mülkiyyətində olan avtonəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə sürücü məsuliyyət daşımır. Burada məsuliyyət hüquqi şəxsindir ki, Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 bu məsələdə yanlışlığa yol vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hüquqi şəxs "Kənan-SN” MMC mülkiyyətində olan avtonəqliyyat vasitəsinin sürücüsünün məsuliyyət daşımadığı inzibati xətaya görə onun barəsində məlumat verməməklə heç bir qanun pozuntusu törətməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 79-cu maddəsinə görə heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs «Kənan-SN” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs "Kənan-SN” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş AP seriyalı № ******* saylı, 30.03.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Mahirə Kərimova “Əsli ilə düzdür:”
Məhkəmə qərarları › İş №3(001)-2391/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2391/2021
09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver