Məhkəmə qərarları › İş №3(001)-2396/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2396/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2396/2022 26.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXM-nin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X13 Şöbəsinin yol nəqliyyat hadisəsi üzrə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin inzibati xəta materialını məhkəməyə göndərmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olaraq tərtib edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O bildirmişdir ki, hadisənin olduğu yerdə avtobus dayanacağı yoxdur və Səttar İbrahimova yüngül xəsarət yetirilməmişdir. Həmin vaxt Sumqayıt Şəhər Təcili Tibbi Yardım X2 barəsində müayinəyə dair məktubu Binəqədi RPİ-nin təhqiqatçısı Elçin Rzazadəyə təqdim etsə də o həmin məktubu iş materialalrına əlavə etməmişdir. X6 üzərində ekspret rəyində qeyd edilən xəsarətlər mövcud olmadığını bildirmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş materialdan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nə müraciət edərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, H.Əliyev küçəsində olarkən geriyə hərəkət edən “Toyota” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtoobil arxa hissəsi ilə onu vurararq müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi və dəymiş ziyanı ödəyəcəyini bildirsə də vədinə əməl etmədiyi məzmunlu müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və maddi sübut əhəmiyyəti kəsb edə biləcək dəlil və ya əşya aşkar edilməmişdir.Həmin protokola foto şəkillər və hadisə yerinin sxemi əlavə edilmişdir. Fotoşəkillərdən görünür ki həmin ərazidə avtobus dayanacağı mövcud olmamışdır. Hadisə yerinin sxemi isə yalnız təhqiqatçı tərəfindən imzalanmışdır. X7 28 may 2022-ci il tarixdə izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, H.Əliyev küçəsində dənizə düşən yolda sağ tərəfdə dayanacaqda dayanmışdır. Orada yolun hərəkət hissəsinin sağ kənarında avtobusun gəlməsini gözləmişdir. O sol tərəfə baxan zaman qəfil geriyə hərəkət edən avtomobil arxa hissəsi ilə onu vurmuşdur. Nəticədə üzü üstə yıxılmışdır. O avtomobilin arxa hissəsinə yıxılmışdır. Hadisə nəticəsində dodaq nahiyyəsi partlamışdır. Avtomobilin sürücüsü düşərək ona yaxınlaşmış o isə xəsarəti olduğu üçün onu evə aparmasını istəmişdir. Sürücü onu evinə aparmış, ondan polisə məlumat verməməsini xahiş etmiş, ona lazımi köməklik göstərəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında Sumqayıt şəhərində yerləşən Travmotologiya xəstəxanasına getmişdir. Orada müayinə zamanı yıxılaraq xəsarət aldığını dediyini qeyd etmişdir. Növbəti gün dişlərində xəsarət olduğu üçün sürücüyə məlumat vermişdir. Sürücü ona narahat olmamasını bildirmiş, lakin sonrakı günlər telefonlarına cavab vermədiyini bildirmişdir. İş materialalrında olan xx.xx.2022-ci il tarixli 1398 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1. S.K.İbrahimovun bədən səthində aşkar olunmuş xəsarətlər-üst dodağın sağ yarısının selikli qişasının əzilmiş yarası, sol əlin arxa səthinin, sağ əlin ovuc səthinin, sol diz oynağı nahiyyəsinin, sağ baldır nahiyyəsinin səthi əzilmiş yaraları, burun əsasısının sıyrığı, sağ diz oynağı nahiyyəsinin səthi əzilmiş yaraları, burun əsasının sıyrığı, sağ diz oynağı nahiyyəsinin qançırlı-sıyrığı, sağ əlin arxa səthinin qançırı bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin TTYX-na müraciət etdiyi xx.xx.2022-ci il tarixdə saat 23:00-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. 2. S.K.ibrahimovun bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşınının M.Ş.Abbaszadəni vurması nəticəsində əmələ gələ bilərdilər. 3. S.K.İbrahimovun bədən səthində aşkar olunmuş xəsarət bədənin əl çatan nahiyyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi nəticəsidə əmələ gələ bilmələri inandırıcı deyildir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 379 nömrəli Binəqədi RPİ-nin TB-nin baş təhqiqatçısı polis kapitanı Elçin Rzazadəyə ünvanlanmış xəstənin xəsarəti barədə məktubdan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə, saat 23:00-da xəstəxananın təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət etmişdir. Ona burun sol almacıq sol burun, dodaq büküyünün yumşaq toxumaları əziyi diaqnozu qoyulmuşdur. Məhkəmə iş materialarını nəzərdən keçirib barəsində protokol tərtib edilmiş şəxsin izahatını dinləyərəkj hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. 1.Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Məhkəmə iş materialalrında olan xəstənin xəsarəti barədə sorğuya cavab və məhkəmə-tibbi ekspertizasının rəyini nəzərdən keçirib hesab edir ki, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısında 3.1-ci bənddəyüngül xəsarətlər sadalanmışdır. Onlara aşağıdakılar aid edilir: 3.1.1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; 3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; 3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; 3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); 3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 3.1.6. baş beyin silkələnməsi; 3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; 3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Göründüyü kimi məhkəmə-tibbi ekspertizasının rəyində qeyd edimiş üst dodağın sağ yarısının selikli qişasının əzilmiş yarası, sol əlin arxa səthinin, sağ əlin ovuc səthinin, sol diz oynağı nahiyyəsinin, sağ baldır nahiyyəsinin səthi əzilmiş yaraları, burun əsasısının sıyrığı, sağ diz oynağı nahiyyəsinin səthi əzilmiş yaraları, burun əsasının sıyrığı, sağ diz oynağı nahiyyəsinin qançırlı-sıyrığı, sağ əlin arxa səthinin qançırı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısının təsdiq edilməsi barədə qərarda qeyd edilən yüngül xəsarət növlərinə aid deyildir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda qeyd edilən normanın dispozisiyasında zərəçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi qeyd edilmişdir. Sözü gedən İXMnin normasının tərkibinin yaranması üçün ilk növbədə zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması sübut edilməlidir. İş materiallarından X1 yüngül xəsarət yetirilməsini müəyyən etmək mümkün olmamışdır. Odur ki, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, protokolda göstərilən əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir.. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X13 Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar