Məhkəmə qərarları › İş №3(001)-2397/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2397/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2397/2022 24.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X5 iclas katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Müəyyən olunur ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq xx.xx.2022-ci il tarixdə, təxminən saat 01.00 radələrində idarə etdiyi “Khazar LX minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən “Araz” marketin yanında “Toyota Prius” markalı. **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur.Toqquşma zamanı X3 bədən xəsarəti almışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs çıxış edərək, təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq onun barəsində yüngül inzibati təbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs və Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş mayoru İlkin Almazov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Belə ki, həmin qərardan görünür ki, Şəxs məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, “Khazar LX minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" MMC-nin adına sənədləşdirilməklə şirkətə məxsusdur.Həmin avtomobili 06 may 2022-ci l tarixdə "xxxx" MMC-dən qardaşı X4 adına sənədləşdirilmiş lizinq müqaviləsi əsasında idarə etməyə başlamışdır.Həmin tarixdən etibarən şirkət tərəfindən ona 1 ay müddətə qüvvədə olan etibarnamə verilmişdir.Həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur.Zərərçəkmiş şəxs X2 təxminən 2-3 ay müddətdir ki tanıyır.11 may 2022-ci il tarixdə, saat 01.00 radələrində Jalə Məhərrəmova ilə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsində görüşmüşlər.Jalə idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşmişdir.Bundan sonra idarə etdiyi avtomobillə Jalə Məhərrəmovanı yaşadığı ünvana düşürmək üçün Biləcəri qəsəbəsində yerləşən “Çətir” restoranına tərəf hərəkət etməyə başlamışdır.Avtomobil hərəkətdə olarkən anidən yolun hərəkət hissəsində idaretməni itirib qarşı hərəkət istiqaməti ilə hərəkətdə olan qara rəngli “ Toyota prius” markalı avtomobillə toqquşmuşdur.Hadisə nəticəsində Jalə Məhərrəmova sifət və baş nahiyyəsindən xəsarətlər almışdır.Həmin vaxt hadisə yerinə yoldan keçən tanımadığı çoxsaylı şəxslər toplaşmışdır.Həmin şəxslər Jaləyə evə getmələrini məsləhət etmişdirlər.Jalə də yaşadığı ünvan yaxın olduğundan özü sərbəst olaraq yaşadığı evə getmişdir.Həmin vaxt Jaləyə hadisə yerindən uzaqlaşmağı ilə bağlı tərəfindən hər hansı tələb irəli sürülməmişdir.Bundan sonra baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ-də araşdırma aparılaraq hadisənin onun təqsiri ucbatından baş verməsi müəyyən olunduğuna görə məsuliyyətə cəlb olunmuşdur.Hadisədən sonra Jalə özü sərbəst olaraq müalicəsini davam etdirmişdir.Onun müalicəsi ilə bağlı ona hər hansı köməklik göstərməmiş və ya köməklik göstərməyədə söz verməmişdir.Hadisədən sonra Jalə ilə aralarında dəfələrlə telefon danışıqları və yazışmalar olsa da o müalicəsinə köməklik edəcəyi ilə bağlı ona hər hansı söz verməmişdir. Belə ki, həmin qərardan görünür ki, X3 məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, avtomobilin içərisində Şəxs onunla mübahisə etmiş və Seymur avtomobili yüksək surətlə idarə etməyə, manevrlər etməyə başlamışdır.Daha sonra o idarəetməni itirərərək avtomobilin qabaq tərəfi ilə öz hərəkət istiqaməti ilə hərəkətdə olan qara rəngli “Toyota Prius” markalı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində onun baş və sinə nahiyyəsi avtomobilin qabaq panelinə sərt dəymişdir. Şəxs onun mülacəsinə heç bir köməklik etməmişdir. İş materiallarına əlavə olunmuş həmin qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1266 nömrəli saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi rəyi ilə müəyyən olunmuşdur ki, vətəndaş X1 bədən səthində aşkar olunmuş xəsarətlər-alın nahiyyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Həmin xəsarət yol nəqliyyat hadisəsi zamanə sərnişini olduğu avtombilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi. Protokolu və ona əlavə edilmiş materialları araşdırılaraq hesab edirəm ki,Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 01.00 radələrində idarə etdiyi “Khazar LX minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətmişdir. Şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığınını , il ərzində ilk dəfə inzibati xəta törətməsini, habelə onun cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar