Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2398/2024 05.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili X3, Protokolu tərtib etmiş İnzibati orqan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis polkovnik-leytenantı X5 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Mingəçevir şəhəri, Şəxs küçəsi, ev 24 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gətirilmiş, narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir. İnzibati xəta faktı ilə MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Həmçinin tibbi müayinə zamanı onun narkotik vasitə istifadə etdiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində tərtib edilmiş protokola etiraz edir. Belə ki, o, narkotik vasitə istifadəçisi deyil. Hətta nəinki narkotik vasitə, ümumiyyətlə tütünün, spirtli içkinin dadını belə bilmədiyini qeyd etmişdir. O, respublika çempionu olduğunu qeyd etmişdir. Yaşadığı küçə milli qəhrəman olan əmisinin adını daşıdığı kimi, o, da milli qəhrəman əmisinin adını daşıyır. Özünün əlilliyi olmasa da, atası 2-ci qrup əlil olmuş, vəfat etmişdir. Babası da, Qarabağ müharibəsində qazi olmuşdur. Hazırda o, sürücülük fəaliyyəti ilə məşğul olmaqla, Qaradağ rayonunda yerləşən daşkaryerdən kubik çıxan yerdən “otval” kubikləri daşımaqla məşğul olur. X8 şəxsin verdiyi rəyin formal xarakter daşıdığını, həmin rəyin ona qərəzli verildiyini, ehtiyac olarsa marixuananın tüstüsünün aşkarlanması üçün ağ ciyərlərinin yoxlanmasına belə razı olduğunu bildirmişdir. Məhkəmə iclas zalında ona qarşı qərəzin hansı səbəbdən olduğu soruşulduqda, o, qanunları az da olsa bildiyini, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq rüsumların məbləği barədə sürücü yoldaşlarına məlumat verdiyini, bunun da Yevlax qeydiyyat-imtahan və texniki baxış şöbəsinin (MERO) rəisinin xoşuna gəlmədiyini və məlumatı davamlı yayacağı halda onu həbs etdirəcəyini bildirmişdir. Bu hala görə özünü video çəkiliş edib sosial şəbəkələrdə yayımladığını bildirmişdir. O, eləcə də bildirmişdir ki, onu Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları saxlamış, adsoyadını söyləyərək bölməyə aparmış, prezidentin şəklini göstərək, bizdən yuxarısı yalnız odur demişdirlər. Ona bir büküm verilmiş və o, bükümün ona məxsus olduğunu boynuna alması, əks halda bir kilo heroin ilə həbs olunacağı bildirilmişdir. Demişdirlər ki, məhkəmədə 300 manat cərimə olunacaq və evə buraxılacaqsan. O, iki gündən artıqdır saxlanıldığını və yalnız xx.xx.2024-cü il tarixdə rəsmiləşdirildiyini, bölmədə yazdığı izahatda narkotik vasitələrdən istifadə etmədiyini, protokola etiraz etdiyini qeyd etmişdir. Bir xəstə anasının olduğunu, onun tutulacağı halda eşidən kimi anasının ürəyinin partlayacağını bildirmişdir. Məhkəmədən yuxarıda qeyd etdiklərinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəməyə verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş edərək, bildirmişdir ki, protokol əsassız olaraq tərtib edilmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxsin inzibati xətası olmadan bölmədə saxlanılmasına don geyindirmək üçün rəy verilmiş, vəkildən imtina ərizəsi alınmış, üstəlik bu cür əziyyətlərə məruz qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZA 007850 nömrəli protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 20:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 2183 saylı rəyindən görünür ki, Şəxs Opioidlərdən istifadə etmə halları olub.Lakin hal-hazırda Şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında rəylə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail oluna bilməsi üçün, ona həbs növündə inzibati tənbeh verilməlidir. Bundan əlavə, İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı madəsi ilə təqsirli bilinərək iki (iki) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti xx.xx.2024-cü il saat 19:10 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsinə həvalə edilsin. Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2398/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2398/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver