Məhkəmə qərarları › İş №3(001)-2399/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2399/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2399/2021 08.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi"nin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi"nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən "Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi" barəsində AP0197039 saylı, 25.02.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, "Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi" tərəfindən 01.02.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan “X4” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxsin barəsində məlumatı bu günə kimi təqdim etməmişdir. Bununla da, həmin Cəmiyyət tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, 25.02.2021-ci il tarixdə "Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi" barəsində AP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən İdarənin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən "Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi"nin nümayəndəsi X2 izahatında bildirdi ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən Yolnəqliyyatservis Departamenti 1 №li Yol İstismar İdarəsinə nəqliyyat vasitəsi barəsində verilmiş 01.02.2021-ci il tarixli sorğuya 02.02.2021-ci il tarxidə cavab verilmişdir. Belə ki, “X4” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 10.08.2020-ci il tarixli 52 saylı sərəncamla İsmayıllı rayonunda yerləşən 9 №li Yol İstismarı MMC-in balansına verilmişdir. Həmin MMC-nin balansına verilən günədək, verilən gündən isə indiyə qədər uzun müddətdir ki, istismar olunmur. Avtomobil İsmayıllı rayonuna isə evakuvatorla aparılmışdır. İstismara tam yararsızdır. Buna görə də Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi barəsində 25.02.2021-ci il tarixli, AP ******* il tarixli inzibati xəta haqqında protokolu əsassız hesab edərək icraata xitam verilməsini xahiş edir. Məhkəmə "Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi"nin nümayəndəsinin çıxışını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsin əməlində İXM-in 347ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 25.02.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi" nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən "Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi"nə ünvanlanmış sorğu 01.02.2021-ci il tarixdə ümumi şöbə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş qəbzdən görünür ki, 01.02.2021-ci il tarixli sorğuya 02.02.2021-ci il tarixdə cavab verilmişdir. Belə ki, təqdim edilmiş bildirişdən görünür ki, “X4” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 10.08.2020-ci il tarixli 52 saylı sərəncamla İsmayıllı rayonunda yerləşən 9 №li Yol İstismarı MMC-in balansına verilmişdir. Həmin MMC-nin balansına verilən günədək, verilən gündən isə indiyə qədər uzun müddətdir ki, istismar olunmur. Avtomobil İsmayıllı rayonuna isə evakuvatorla aparılmışdır. İstismara tam yararsızdır. Belə olan halda "Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi"nin əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı sübuta yetirilir. İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. İş materiallarından görünür ki, Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi tərəfindən 01.02.2021-ci il tarixli sorğuya 02.02.2021-ci il tarixdə cavab verilmişdir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən “Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi” barəsində AP ******* saylı, 25.02.2021-ci il tarixli inzibati xəta haqqında protokola dair “Yolnəqliyyatservis Departamenti 1 saylı Yol İstismar İdarəsi”nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar