Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2399/2022 02.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Movruzova Cəmilə Davud qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə “Opel Astra minik” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə və sayrışan işıqlardan istifadə edərək idarə etmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 333.1 və 329.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyətı üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməmiş, diş həkimi lidokain iynəsi vurduğundan içkili göründüyünü və həmin preparatın alkotesrin göstəricisinə təsir etdiyini bildirərək məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi protokolun qanuni və əsaslı olduğunu bildirərək müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Həmçinin şahid qismində protokolu tərtib etmiş X5 məhkəmə iclasında dindirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilmiş və sonuncunun qəbul etdiyi alkoqolun 1,088 % promilli olması aşkar edilmişdir. İş materialalrında olan Azərbaycan Tibb Universiteti X1 xx.xx.2022-ci il tarixli 1/43 saylı arayışında Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Tibb Universitetinin X2 şiddətli ağrıları ilə müraciət etdiyi və klinikanın həkim-stomatoloqu X4 tərəfindən qəbul olunduğu, xəstədə müayinədən sonra 13 və 14-cü dişlərdə kəskin pulpit aşkar olunduğu və kanalların kondensasiya dolduruluraq diş daşlarının təmizləndiyi, müalicə zamanı xəstəyə təyin olunmuş günlərdə alt və üst çənə nahiyyəsinə keyidici preparatlar vasitəsi ilə (lidokain və novakain) yerli anesteziya edilərək damağa daxili inyeksiyalar edildiyi qeyd edilmişdir. Məhkəmə tərəfindən işin obyektiv araşdırılmasını təmin etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin sərxoşluğu müəyyən edən həkiminin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün həmin hüquqi şəxsə məktub ünvanlanmışdır. Lakin müvafiq qurumun həkimi X3 məhkəməyə xx.xx.2022-ci il tarixdə teleqram ünvanlayaraq xx.xx.2022-ci il tarixdə narkoloji mərkəzdə növbədə olacağı üçün xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş cavab məktubuna əsasən məlum olur ki, 1) Şəxs müəssisəyə yaxınlaşan zaman onda sərxoşluq vəziyyəti müəyyən edilirdi; 2) Lidokain va novokain tərkibli preparatlarının tərkibi "Lidokain hidroxlorid” ve prokain hidroxlorid"dir. Adı çəkilen preparatların tərkibinde etil spirti yoxdur. Və bunların inyeksiyası nəticəsində alkotesterin hər hansı bir spirtli içkini müəyyən etməsi faktı qeyri-mümkündür. Müayinə aktında qeyd olunan 1.088 promil göstərici artıq sərxoşluq əlamətlərinin tam özünü büruzə verdiyi bir promil sayılır; 3) Lidokain ve novokain tərkibli preparatlar əzələ daxili inyeksiyadan sonra keyidici təsir müddeti 20-30 dəqiqədən artıq çəkmir. inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 329.3 və 333.1-ci maddələri ilə əsaslı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə məhkəmədə, Şəxs İXM-nin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və ona əlavə edilmiş sənədlərdə öz təsdiqini tapmışdır. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh olunarkən barəsində İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən inzibati tənbeh tətbiq ediləcəkdir. Belə ki, İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmişdir. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində 3 azyaşlı uşağı vardır və əvvəllər onun tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. Məhkəmə bu halları inzibati xəta törətmiş şəxsin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə, törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları,ilk dəfə inzibati xəta törətdiyini, inzibati tənbehin məqsədlərinə nail olacağını nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2399/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2399/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver