Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2401/2020 09.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi Bayramov Tural Ural oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Dövlət X4 Stansiyasının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Dövlət X4 Stansiyasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Dövlət X4 Stansiyası barəsində AP ******* saylı xx.xx.2020ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət X4 Stansiyası tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan “Hyundaı Sonata minik” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxsin barəsində məlumatı bu günə kimi təqdim etməmişdir. Bununla da, Azərbaycan Dövlət X4 Stansiyası tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, xx.xx.2020-ci il tarixdə Azərbaycan Dövlət X4 Stansiyası barəsində AP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən Azərbaycan Dövlət X4 Stansiyasının nümayəndəsi X2 izahatında Azərbaycan Dövlət X4 Stansiyası barəsində AP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə Azərbaycan Dövlət X4 Stansiyasının nümayəndəsinin çıxışını dinləyib və iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, Azərbaycan Dövlət X4 Stansiyası barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Dövlət X4 Stansiyası nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Dövlət X4 Stansiyası səlahiyyətli orqanın nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı şəxs barəsində məlumatı sorğu daxil olduğu vaxtdan qanunvericliklə müəyyən olunmuş müddətdə (5 gün) verməmişdir.Bununla da Azərbaycan Dövlət X4 Stansiyasının Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Azərbaycan Dövlət X4 Stansiyası barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131, 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Dövlət X4 Stansiyası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2401/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2401/2020
09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver