Məhkəmə qərarları › İş №3(001)-2402/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2402/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2402/2024 07.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X4 nümayəndəsi, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X4 Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında EP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 34578.20 ABŞ dollar məbləğində vəsaitin 10 faizi həddində, yəni 3457.82 ABŞ dolları məbləğində inzibati cərimə edilmişdir. Belə ki, X3 ve Dış Ticaret Limited Şirkəti ilə aralarında xx.xx.2021-ci il tarixli MG/2021-01 müqavilə bağlanmış və müqaviləyə uyğun olaraq 30 dekabr 2021-ci il tarixində tərəfindən 50000.00 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" ASC bank hesabından köçürülmüş ödənişin bəyən edilməyən hissəsi kimi 34578.20 ABŞ dolları hissəsi ilə əlaqədar köçürülmənin malların ölkəyə idxalını təqdim edilməməsi səbəbi ilə inzibati xəta barədə protokol və həmin protokol əsasında qərar qəbul edilmişdir. Lakin qeyd olunmaldır ki, həmin dövrlər ərzində ümümdünyada geniş yayılmış COVİD-19 pandemiyası olduğundan eləcə də bir çox ölkələrdə COVİD-19 pandemiyası ilə qapanmalar olduğundan malların göndərilməsində yubanmalar olmuşdur. Hazırda bildiririk ki, bəyan edilməyən köçürülmüş 34578.20 ABŞ dolların 25882, 76 ABŞ dollarına mütənasib şifariş edilmiş məhsullar (yenidən emal olunmuş dəmirdən istehsal edilən rulonda rənglənmiş parlaq dəmir list vərəqlər) xx.xx.2024-cü il tarixində gömrük orqanında bəyan edilməklə ölkə ərazisinə gətirilmiş və məhsullar ölkə ərazisinə daxil olmuşdur. Belə olan halda inzibati xətanın törədilməsinə əsas olmuş hal aradan qalxmışdır, hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən EP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati xata haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. 18 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında nümayəndə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, X7 ilə X3 və Dış Ticaret Limited Şirkəti arasında 03 noyabr 2021-ci il tarixdə müqavilə bağlanmış və müqaviləyə uyğun olaraq 30 dekabr 2021-ci il tarixdə 50000 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" ASC vasitəsi ilə şirkətə köçürülmüşdür. Həmin malların bir hissəsi geri qayıtsada, 34578,20 ABŞ dolları məbləğində pul vəsaiti dəyərində malları ölkəyə idxal edə bilməmişdir. Lakin daha sonra 34578,20 ABŞ dolları dəyərində malların 25882,76 ABŞ dolları dəyərinə münasibətdə mallar idxal edilmişdir. Geri qalan 8695,48 ABŞ dolları qanunvericilikdə müəyyən edilmiş 10000 ABŞ dolları məbləğindən çox olmadığından əməldə inzibati xəta tərkibi mövcud deyildir. 07 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında nümayəndə Vəkil "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunu məhkəməyə təqdim edərək bildirmişdir ki, X4 avans yolu ilə köçürdüyü vəsaitin qarşılığında ölkə ərazsinə mal idxal eidlmədiyi qeyd edilən və onun inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olan 34578,20 ABŞ dolları vəsaitinin 25882,76 ABŞ dolları həcmində mallar idxal edilmiş və **********1920 saylı yük gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Malların avans məbləğ ödənildikdən sonra ölkə ərazisinə gətirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iki illik müddət ötürülsə də bunda X4 hər hansı təqsiri yoxdur və o bir sahibkar kimi köçürdüyü pulun qarşılığında malların idxalında maraqlı olmuş, lakin kəçən mçəhkəmə iclasında da qeyd etdiyi kimi həm covid pandemiyası ilə əlaqədar həm də mallar İran üzərindən gətirildiyindən İran İslam Respublikasına tətbiq edilmiş sanksiyalarla bağlı malların gətirilməsində çətinliklər olduğundan köçürülmüş vəsaitin qarşılında malları vaxtında idxal edə bilməmişdir. X11 tərəfindən X4 malları gec gətirməsinin səbəbləri araşdırılmamışdır. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi X4 avans yolu ilə köçürdüyü vəsaitin 34578,20 ABŞ dolları hissəsində deyil, 8695,44 ABŞ dolları hissəsində mallar idxal edilməmişdir. Həmin məbləğin düzgün müəyyən edilməməsi isə şəxsin daha artıq miqdarda inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq EP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati xata haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli EP ******* nömrəli “inzibati xəta haqqında” protokoldan görünür ki, X7 50000 ABŞ dolları məbləğində vəsaiti 30 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 34578.20 ABŞ dolları məbləğində vəsait hesabina alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 50000 ABŞ dolları məbləğində vəsaiti 30 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 34578.20 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmədiyi, valyuta vəsaitini geri qaytarmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək həmin məbləğin 10 faizi miqdarında, yəni 3,457.82 ABŞ dolları məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, **********8040 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “X3 və Dış Ticaret Limited Şirketi” tərəfindən X4 ünvanına ümumi invoys dəyəri 25882,76 ABŞ dolları olan mallar göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsindən təqdim olunmuş məlumatlardan görünür ki, X7 xx.xx.2021-ci il tarixli, MG/2021-01 nömrəli müqaviləyə əsasən Çin Xalq Respublikasından 25832.36 ABŞ dolları və 50.4 ABŞ dolları olmaqla, ümumilikdə 25882,76 ABŞ dolları dəyərində mallar idxal etmiş və həmin malları xx.xx.2024-cü il tarixli **********040 nömrəli gömrük bəyannaməsi ilə bəyan etmişdir. xx.xx.2024-cü il tarixli 101/101/0363/2024 nömrəli "xxxx" ASC-nin məktubundan görünür ki, MG/2021-01 saylı xx.xx.2021-ci il tarixli idxal müqaviləsinə əsasən Türkiyəyə (X3 və Dış Ticaret Limited Şirketine) xx.xx.2021-ci il tarixində 50,000 ABŞ dolları məbləğində avans köçürülmüşdür. Qeyd olunan avans üzrə təqdim olunan **********1920 saylı YGB üzrə portalda müvafiq qeydiyyat aparılmış, qalıq 34,578,20 ABŞ dolları məbləğ ilə bağlı AR Mərkəzi Bankına məktub göndərilmişdir. xx.xx.2024-cü il tarixində təqdim etdikləri **********8040 saylı YGB-yə əsasən həmin qalıq məbləğin 25,882,76 ABŞ dolları olan hissəsi bağlanılıb, 8,695,44 ABŞ dolları köçürmə məbləği üçün YGB təqdim olunmuşdur. xx.xx.2021-ci il tarixli, MG/2021-01 nömrəli müqavilədən görünür ki, alıcı X7 və satıcı “X3 və Dış Ticaret Limited Şirketi” arasında ümumi qiyməti 427000 ABŞ dolları olmaqla sinklənmiş kəsici lövhənin idxalı barədə müqavilə bağlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin nümayəndəsinin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X7 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqandan tərəfindən X7 İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinmiş və 3,457.82 ABŞ dolları məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında inzibati tənbeh vəzifəli şəxslər barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati xəta haqqında iş üzrə icraat zamanı X7 tərəfindən avans olaraq köçürülmüş məbləğin 34,578,20 ABŞ dolları hissəsinin müqabilində ölkə ərazisinə mall material idxal etmədiyi qənaətinə gəlinərək həmin məbləğin on faizi məbləğdə X7 inzibati cərimə edilsə də qeyd edilən malların hansı səbəbdən ölkə ərazsinə gətirilməməsi, gətirilməməsində onun təqsirinin olub-olmaması tam aydınlaşdırılmamışdır. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, X7 tərəfindən xx.xx.2021-ci il tarixli, MG/2021-01 nömrəli müqaviləyə əsasən X3 və Dış Ticaret Limited Şirkətinə xx.xx.2021-ci il tarixində kömürülmüş 50,000 ABŞ dolları məbləğində avansın müqabilində 41304,56 ABŞ dolları dəyərində mallar ölkə ərazsinə idxal edilmiş, köçürülmüş avansın 8,695,44 ABŞ dolları müqabilində isə hər hansı mal ölkə ərazisinə idxal edilməmişdir. X2 xx.xx.2021-ci il tarixdə köçürülmüş 50,000 ABŞ dolları məbləğində avansın 15421,8 ABŞ dolları müqabilində malları iki il müddətinə idxal etsə də, həmin avansın 25,882,76 ABŞ dolları həcmində malları qanunvericiliklə müəyyən edilmiş iki il müddəti bitdikdən sonra idxal etmiş, 8,695,44 ABŞ dolları müqabilində isə hazırkı tarixədək hər hansı mal idxal etməmişdir. Lakin səlahiyyətli orqan 25,882,76 ABŞ dolları həcmində malları qanunvericiliklə müəyyən edilmiş iki il müddətində idxal edilməməsinin səbəblərini araşdırmamış, 34578.20 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmədiyi əsası ilə onu 3,457.82 ABŞ dolları məbləğində cərimə etmişdir. Məhkəmə hesab edir ki, şəxsin barəsində tətbiq edilmiş inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğininə uyğun olaraq tətbiq edildiyindən, hazırkı halda X6 tərəfindən avans yolu ilə köçürülmüş 50000,00 ABŞ dolları vəsaitinin 34578.20 ABŞ dolları hissəsində deyil, 8,695,44 ABŞ dolları müqabilində mal idxal etmədiyi və həmin vəsaiti geri qaytarmadığı müəyyən edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə onun göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli, yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X4 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar