Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2416/2020 09.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə “xxxxxxx” LTD X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində ünvan 1 blok 1-ci mərtəbə ünvanında yerləşən xxxxxxx adlı məişət avadanlıqları və mətbəx mebelləri satışı mağazasında sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulması aşkar edilmişdir. Müşahidə-baxış zamanı mağazada işçi heyəti və obyektə daxil olmuş müştərilər tərəfindən fərdi qoruyucu vasitədən (tibbi maskadan) istifadə etməmələri faktı müəyyən olunmuşdur.Bu əməli ilə Şəxs MMC, İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin nümayəndəsi X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin baş dövlət vergi müfəttişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində ünvan 1 blok 1-ci mərtəbə ünvanında yerləşən xxxxxxx adlı məişət avadanlıqları və mətbəx mebelləri satışı mağazasında sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulması aşkar edilmişdir. Müşahidə-baxış zamanı mağazada işçi heyəti və obyektə daxil olmuş müştərilər tərəfindən fərdi qoruyucu vasitədən (tibbi maskadan) istifadə etməmələri faktı müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs MMC-nin barəsində İXM-nin 211.2-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir.Hazırda o, protokolu müdafiə edir və Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs, inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir.Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan protokoldan və aktdan da görünür ki, xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində ünvan 1 blok 1-ci mərtəbə ünvanında yerləşən xxxxxxx adlı məişət avadanlıqları və mətbəx mebelləri satışı mağazasında sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulması aşkar edilmişdir. Müşahidə-baxış zamanı mağazada işçi heyəti və obyektə daxil olmuş müştərilər tərəfindən fərdi qoruyucu vasitədən (tibbi maskadan) istifadə etməmələri faktı müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs MMC-nin İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs MMC İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «xxxxxxx” LTD MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-cı maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2416/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2416/2020
09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver