Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2423/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi Bayramov Tural Ural oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X3 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X3 İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X3 02.06.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan «MİTSUBİŞHİ PAJERO MİNİK» markalı, ** PV *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxsin barəsində məlumatı bu günə kimi təqdim etməmişdir.Bununla da, «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələbləri pozulmuşdur.Ona görə də, 15.06.2021-ci il tarixdə «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X6 barəsində AP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X3 etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, Agentliyə məxsus avtonəqliyyat vasitələrinin əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya və istismar olunması səbəbi ilə bəzi nəqliyyat vasitələrinə yazılan cərimələrin ödənilməsində gecikmələr meydana gəlmişdir.Texniki şəhadətnamələrin dəyişdirilməsi və qeydiyyatı prosesinin davam etdiyi nəzərə alınaraq nəqliyyat vasitələrinin sürücülərinə təhkim olunması işlərində müəyyən ləngimələr baş verdiyindən müvafiq məlumatlar Binəqədi rayon DYP-nə gec təqdim olunmuşdur.Buna görə də, nümayəndə bu halın üzürlü hesab edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirəsalınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə barəsində inzibati icraata aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X3 barəsində tərtib olunmuş protokolu əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş 15.06.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X3 mülkiyyətində olan «MİTSUBİCHİ PAJERO» minik markalı, ** PV *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X3 səlahiyyətli orqanın nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı şəxs barəsində məlumatı sorğu daxil olduğu vaxtdan qanunvericliklə müəyyən olunmuş müddətdə (5 gün) verməmişdir.«Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X3 Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X3 barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi» X5 Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi vəya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət vəya protest veriləbilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2423/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2423/2021
22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver