Məhkəmə qərarları › İş №3(001)-2425/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2425/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2425/2025 08.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu işin məhkəmə baxışına hazırlanması mərhələsində nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində İXMin 529.3-cü maddəsi ilə tərtib edilmiş 05 mart 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “QAZ 3102” minik markalı, **-DO-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törədilməsinə görə 18 avqust 2024-cü il tarixli, EQ 23049574 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarla ona təyin edilmiş cəriməni müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd olunur ki, Şəxs barəsində qəbul edilmiş 18 avqust 2024-cü il tarixli, EQ 23049574 saylı qərarın qanuni qüvvəyə minməsi üçün həmin qərarın onun tərəfindən rəsmi qaydada əldə edildiyi tarix xüsusi əhəmiyyət kəsb edir. Belə ki, İXM-nin 126.1-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Göstərilən müddətdə şikayət verilmədiyi halda, qərar qanuni qüvvəyə minmiş hesab edilir. Hazırki halda 18 avqust 2024-cü il tarixli, EQ 23049574 nömrəli protokol üzrə qəbul edilmiş qərarın Şəxs rəsmi qaydada hansı tarixdə təqdim edildiyini iş materilları ilə müəyyən etmək mümkün olmadığından, həmin qərarın qanuni qüvvəyə minmə tarixini, beləliklə İXM-nin 529.3-cü maddəsində göstərilən 3 ay müddətin hansı tarixdən hesablandığını da müəyyən etmək mümkün deyildir. Həmin qərarın qanuni qüvvəyə minməsi sübut olunmursa, İXM-nin 529.3-cü maddəsinə nəzərdə tutulan inzibati xəta hadisəsi də mövcud olmayacaqdır. İXM-nin: - 75.0.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi, yəni inzibati xətanın törədilib-törədilməməsi müəyyən edilməlidir. - 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin olmaması inzibati iş üzrə başlanmış icraata xitam verilməsi üçün əsasdır. - 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 05 mart 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci, yəni inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 53, 114, 119-121-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 05 mart 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar