Məhkəmə qərarları › İş №3(001)-2427/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2427/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2427/2020 25.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 qızının iclas katibliyi, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Müdafiəçi –Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1990-cı il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, işləməyən, məhkumluğu olmayan,məcburi köçkün,Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan və ünvan 1 mənzil 42 ünvanda yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi rayon polis İdarəsinin 4cü Polis 0Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Binəqədi rayonu A.Hüseynov küçəsində üç nəfər şəxs özlərini səs-küy saldıqlarına və şübhəli apardıqlarına görə polis əməkdaşları onlara yaxınlaşaraq şəxsiyyət vəsiqələrini istəmiş və sakitliyə dəvət etmiş, qarşılığında Şəxs və digər iki şəxs polisin ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdırlar. Buna görə də, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü Polis bölməsinin sahə inspektoru polis baş leytenantı X3 tərəfindən xx.xx.2020-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi rayon məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü Polis bölməsinin sahə inspektoru polis baş leytenantı X3 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Binəqədi rayonu A.Hüseynov küçəsində üç nəfər şəxs özlərini səs-küy saldıqlarına və şübhəli apardıqlarına görə polis əməkdaşları onlara yaxınlaşaraq şəxsiyyət vəsiqələrini istəmiş və sakitliyə dəvət etmiş, qarşılığında Şəxs və digər iki şəxs polisin ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdırlar.Buna görə də, məhkəmədən həmin şəxsin inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs oğlu əməlində inzibati xəta tərkibinin olmadığını bildirərək barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil, müdafiə etdiyi Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin olmadığını bildirərək onun barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun təqsirini etiraf etməsi,əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 200 (iki yüz) manat cərimə edilsin. Şəxs oğlu inzibati tutulmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar