Məhkəmə qərarları › İş №3(001)-2430/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2430/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2430/2023 13.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2, müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİnin 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ** OO *** dövlət qeydiyyat nişanlı, “Maserati” markalı avtomobilin sürücüsünə avtomobilin qabaq xarici işıq cihazlarında tünd örtükdən istifadə etməsi səbəbilə Binəqədi RPİ-nin X12 Şöbəsinin əməkdaşları tərəfindən saxla əmri verilmişdir. Lakin, sürücü saxla əmrinə tabe olmayaraq, tabesizlik göstərmişdir. Nəticədə yol polisi əməkdaşları tərəfindən süni tıxac yaradılaraq sürücünün saxlanılmasına nail olunmuşdur. Sürücü bu dəfə də avtomobilə əyləşib, şüşələri qaldırıb tabe olmamağa davam etmişdir. Daha sonra sürücü Şəxs polisin şərəf və ləyaqətini ləkələyən ifadələr işlətməklə ətrafdakı insanları özünə cəlb etmişdir. O, həmçinin, şəxsi telefonu ilə videoçəkiliş aparmaqla yol polisi əməkdaşlarına hədə-qorxu gəlməyə başlamışdır. Əməliyyat qrupu və PPX əməkdaşlarının köməyilə sürücünün Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilməsinə nail olmuşlar. Şöbədə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə avtomobilin qabaq xarici işıq cihazlarında tünd örtükdən istifadə etməsi səbəbilə Binəqədi RPİ-nin X12 Şöbəsinin əməkdaşları tərəfindn saxlanılmışdır. O, polis əməkdaşlarının saxla əmrinə tabesizlik göstərmədən avtomobilini saxlamışdır. Bu zaman polis əməkdaşına avtomobilin örtüyünün onsuz da sökük vəziyyətdə olduğunu bildirmişdir. Yol polisi əməkdaşları avtomobili cərimə meydançasına aparacaqlarını bildirdikdə buna etiraz etmiş. Avtomobildə onunla bərabər həyat yoldaşının və azyaşlı uşağının olmasını bildirmiş, polis əməkdaşının müşaiyəti ilə onları evə apardıqdan sonra avtomobili cərimə meydaçasına apara biləcəyini bildirmişdir. Lakin, polis əməkdaşı onun bu təklifi ilə razılaşmamışdır.Bundan sonra avtomobildə olan həyat yoldaşını və azyaşlı uşağını evə aparmaq üçün avtomobili sürüb çıxıb getmişdir. O polis əməkdaşına tabesizlik göstərməmişdir. Evli və himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmasını bildirərək barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə çıxış edərək bildirmişdir ki, məhkəmənin 09 iyun 2023 ilə tarixə təyin edilmiş məhkəmə iclasında və 13 iyun 2023-cü il tarixə təxirə salınmış məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, bu səbəbdən tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı məsələlər aydınlaşdırılmamışdır. İnzibati xəta haqqında protokol tərtib edilən zaman İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş normaların tələblərinə riayət olunmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquq və vəzifələri izah edilməmişdir. Bundan əlavə müdafiə etdiyi şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində onun barəsində tutma haqqında protokol tərtib edilmədən saxlanılmış, sonra bölmədə səhhəti pisləşdikdən sonra təcili tibbi yardım çağırıldıqdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmış, orada ona tibbi yardım göstərilmişdir, bu zaman polis əməkaşları da onunla bərabər xəstəxanada olmuşlar. Tərtib edilmiş inzibati xəta haqqında protokolun mahiyyəti ilə bağlı qeyd etmək istəyir ki, ilk öncə araşdırılmalı olan məsələ yol polisi əməkdaşının tələbinin qanuni olub-olmamasıdır. Belə ki, yol polisi əməkdaşı ilk öncə şəxsi saxlamış, ona avtomobilin qabaq xarici işıq cihazlarında tünd örtükdən istifadə etməsini bildirmiş, o isə avtomobildə həyat yoldaşının və uşağının olmasını bildirmiş, onları evə apardıqdan sonra avtomobili hara desə ora aparacağını bildirmişdir. Göstərilənlərə əsasən hüquqlarını müdafiə etdiyi Şəxs barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X12 şöbəsinin yol patrul xidmətinin baş inspektoru, polis leytenantı X3 ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ** OO *** dövlət qeydiyyat nişanlı, “Maserati” markalı avtomobilin sürücüsünə avtomobilin qabaq xarici işıq cihazlarında tünd örtükdən istifadə etməsi səbəbilə tərəfindən saxla əmri verilmişdir. Lakin, sürücü saxla əmrinə tabe olmayaraq, tabesizlik göstərmişdir. Nəticədə süni tıxac yaradılaraq sürücünün saxlanılmasına nail olunmuşdur. Sürücü bu dəfə də avtomobilə əyləşib, şüşələri qaldırıb tabe olmamağa davam etmişdir. Daha sonra sürücü Şəxs polisin şərəf və ləyaqətini ləkələyən ifadələr işlətməklə ətrafdakı insanları özünə cəlb etmişdir. O, həmçinin, şəxsi telefonu ilə video-çəkiliş aparmaqla onlara hədə-qorxu gəlməyə başlamışdır. Əməliyyat qrupu və PPX əməkdaşlarının köməyilə sürücünün Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilməsinə nail olmuşlar. Şöbədə onun barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqına protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Binəqədi Rpi-nin DYPş-nin YPX-nin baş inspektoru, polis leytenantı İlkin Vəliyev tərəfindən Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisi, polis mayoru Natiq Teymurova ünvananmış raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, tabesizlik göstərmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 14:45 radələrində YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 09 iyun 2023 ilə tarixə təyin edilmiş məhkəmə iclası hadisənin baş verməsini əks etdirən görüntülərin məhkəməy təqdim edilməsi zırurəti ilə təxirə salınmış və 13 iyun 2023cü il tarixdə TŞK kameraları vasitəsi ilə əldə edilmiş görüntülərə tərəflərin iştirakları ilə baxış keçirilmişdir. Həmin görüntülərə baxış keçirələrkən müəyyən edilmişdir ki, 08 iyun 2023-cü il tarixdə sat 14:39-da Şəxs Gülbala oğlunun idarə etdiyi avtomobil ** OO *** dövlət qeydiyyat nişanlı, “Maserati” markalı avtomobil Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X12 şöbəsinin yol patrul xidmətinin baş inspektoru, polis leytenantı X3 tərəfindən saxlanılmış, ona qabaq xarici işıq cihazlarında tünd örtükdən istifadə etməsi bildirilmiş, saat 14:41:01 də Şəxs Gülbala oğlunun idarə etdiyi avtomobil ** OO *** dövlət qeydiyyat nişanlı, “Maserati” markalı avtomobili sürüb getmişdir, bundan sonra Şəxs Gülbala oğlunun idarə etdiyi avtomobil ** OO *** dövlət qeydiyyat nişanlı, “Maserati” markalı avtomobil süni tıxac yaradılaraq saat 14:42-də təkrar saxlanılmış və saat 15:30-da Əməliyyat qrupu və PPX əməkdaşlarının köməyilə sürücünün Binəqədi RPİ-nin 4-cü PŞnə gətirilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, həmçinin inzibati xəta haqqında iş materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİnin 4-cü PŞ tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə Şəxs qohumluq məlumatlarına dair göndərilmiş sorğudan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 Emin Gülbaba oğlunun uşaqlarıdır. Məhkəmə İXM-in 32-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs evli və iki övladı olmasını, onlardan birinin yetkinlik yaşına çatmamasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar