Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2431/2020 09.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X7 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək göstərmişdir ki, xx xxxxxx 2020-ci ıl tarixdə Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən onun barəsində protokol tərtib edilmişdir və onun İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmiş və 300 manat miqdarında cərimə edilmişdir. Şikayətçi hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır.Belə ki, X5 13 iyııl 2019-cu il tarixdə həyətə daxil olaraq onunla mübahisə etməyə başlamış və gözləmədiyi anda ayaqqabısı ilə onun başına bir neçə dəfə zərbə vurmuşdur və nəticədə ona xəsarət yetirmişdir.Keçirilmiş məhkəmə-tibbi ekspertizası ilə ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayət olunan başın sol təpə və ənsə nahiyələrindəki şişkinli qançır, boyunun arxa səthində sıyrıq, sağ bazu və sol baldır nahiyələrində qançırlar, sol said və sağ baldır nahiyələrində sıyrıqlar aşkar edilmişdir.X2 Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılaraq onun barəsində hökm çıxarılmışdır. Bundan sonra, Binəqədi RPİ-nin 6-cı PB tərəfindən onun barəsində qanunsuz olaraq İXM-nin 157-ci maddəsi ilə inzibatı tənbeh vermə haqqında qərar çıxarılmışdır. Şikayətçi hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır.Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur.Belə ki, o, S.Qasımovanı döyməmiş və özünü müdafiə etmişdir, əksinə o, Sevda tərəfindən döyülmüşdür, buna görə də. məhz Sevdaya barəsində cinayət işi açılmışdır . Şikayətçi göstərmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.Hadisə xx xxxx 2019-cu il tarixdə baş vermişdir, protokol isə ondan 6 ay sonra tərtib edilmişdir .İXM-nin 101.3-cü maddəsinə görə inzibati araşdırma aparıldığı hallarda, "inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir.Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır.İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Şikayətçi göstərmişdir ki,qeyd olunanlardan da görünür ki, onun əməlində inzibati xəta törədilməsi halı mövcud olmamışdır, qanunvericliyin tələblərini kobud şəkildə pozaraq belə bır əsassız qərar qəbul etmişdir.Belə ki, İXM-nin 53.0-cü maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə inzibatı xəta tərkibi olmadıqda icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.Həmin Məcəlləninin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci -ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər.Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Şikayətçi, həmçinin göstərmişdir ki, qeyri-qanuni və qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.Bundan başqa, qərarın surəti ona xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir.Buna görə də, onun həmin qərardan gec şikayət verməsinin səbəbi o, olmuşdur ki, ona protokol təqdim edilmiş, lakin qərar təqdim edilməmişdir.Sonradan, o, həmin protokoldan məhkəməyə şikayət versə də, şikayəti geri qaytarılmış və inzibati qərardan şikayət vermə hüququ ona izah olunmuşdur.Bundan sonra, onun müraciəti əsasında qərarın surəti ona yalnız xx.xx.2020-ci ildə təqdim edilmişdir.Həmin qərarı aldıqdan sonra o, dərhal xx.xx.2020-ci il tarixdə həmin qərardan məhkəməyə şikayət vermişdir.Göstərilən səbəblərə görə o, hesab edir ki, prosessual müddəti üzürlü səbəblərdən buraxmışdır. X3 yuxarıda göstərilənləri və İXM-nin 53, 114.1-cü maddələrinin tələblərini rəhbər tutaraq Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinin pozulması şəraitində çıxarıldığı üçün ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X3 yuxarıda göstərilənləri və İXM-nin 53, 114.1-cü maddələrinin tələblərini rəhbər tutaraq Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinin pozulması şəraitində çıxarıldığı üçün ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 3(001)- 543/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən məlum olur ki, X4 Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokolundan verdiyi şikayət geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 3(001)-959/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən məlum olur ki, X4 Bakı şəhəri Binəqədi RPİnin 6-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1112/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən məlum olur ki, X4 şikayəti qismən təmin edilərək, Binəqədi rayon məhkəməsinin 3(001)-959/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1112/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, törədilmiş və törədilməsi ehtimal olunan inzibati işlər üzrə qanunla müəyyən edilmiş işlər yalnız məhkəmənin səlahiyyətinə aiddir, həmçinin hazırkı inzibati xəta haqqında iş üzrə aparılan icraatda məhkəmənin müstəsna səlahiyyətinə aiddir.Lakin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə baxaraq yekun qərar qəbul etmək səlahiyyəti məhkəməyə aid olsa da, vəzifəli şəxs – polis əməkdaşı qanunsuz olaraq həmin iş üzrə şikayətçinin 300 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul etmişdir.Buna görə də, məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin X9 barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, şikayətçi inzibati qərardan şikayət vermək üçün qanunla müəyyən olunmuş prosessual müddəti pozmamışdır.Belə ki, iş materialları ilə müəyyən edilir ki, X3na ilk olaraq inzibati xəta haqqında protokol təqdim olunmuş, lakin qərar təqdim olunmamışdır.Buna görə də, o, ilk olaraq inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət vermiş və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 3(001)- 543/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən X4 Bakı şəhəri Binəqədi RPİ-nin 6cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokolundan verdiyi şikayət geri qaytarılmış və ona inzibati xəta haqqında qərardan şikayət vermək hüququ izah olunmuşdur.Bundan sonra, onun müraciəti əsasında qərarın surəti S.Əzimovaya yalnız xx.xx.2020-ci ildə təqdim edilmişdir.Həmin qərarı aldıqdan sonra o, dərhal xx.xx.2020-ci il tarixdə həmin qərardan məhkəməyə şikayət vermişdir.Göstərilən səbəblərə görə məhkəmə hesab edir ki, X1 inzibati xəta haqqında qərardan şikayət vermək üçün prosessual müddət buraxılmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin X9 barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2431/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2431/2020
09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver