Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2432/2020 14.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs1 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(001)-1740/2020 saylı qərarı ilə Şəxs1 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Daha sonra Şəxs1 Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 3(001)-1740/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1209/2020 saylı qərarı ilə Şəxs1 şikayəti qismən təmin edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(001)-1740/2020 saylı qətnaməsi ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5373/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı Şəxs1 10466,20 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq “xxxxxxx” ASCnin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə bugünədək tələbkarın xeyrinə ödəniş edilməmiş və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən icra məmuru X4 borclu Şəxs1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN №0390310 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon icra və probasiyası şöbəsinin icra məmuru X4 məhkəmə prosesində verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs1 izahatında bildirmişdir ki, onun məhkəmə tərəfindən çıxarılmış qətnamədən xəbəri olmamış, həmin qiyabi qətnaməni sonradan əldə etmiş və qiyabi qətnamənin ləğv edilməsi barədə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə mülki iş təzələnərək, məhkəmə iclası xx.xx.2020-ci il tarixə saat 17:00-a təyin edilmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5373/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, cavabdehlər X1 və Şəxs1 müştərək qaydada 8340 ABŞ dolları məbləğində əsas borc, 7475,45 ABŞ dolları məbləğində faiz borcu, 10466,20 ABŞ dolları məbləğində cərimə ödəniş gününə manata olan məzənnə ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru S.Abasov xx.xx.2012-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs1 bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, cavabdehlər X2 və Şəxs1 ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5373/2012 saylı, xx.xx.2012-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, mülk iş üzrə icraat təzələnərək, mahiyyəti üzrə baxılması davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1209/2020 saylı qərarından görünür ki, Şəxs1 şikayəti qismən təmin edilmiş, Şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1740/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçılarını dinləyib, bu qənaətə gəlir ki, Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. Belə ki, iş materialları məhkəmə tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, Şəxs1 inzibati məsuliyyətə cəlb olunmasına əsas olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5373/2012 saylı xx.xx.2012-ci il tarixli qiyabi qətnaməsi Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Hal-hazırda qiyabi qətnamə ləğv olunduğundan xx.xx.2012-ci il tarixli icra sənədinin heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, işin hazırki vəziyyətində Şəxs1 əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibinin əlamətləri mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, M№0390310 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2432/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2432/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver